"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gün eynəyi ultrabənövşəyi şüaların qarşısını almalıdır

16 İyul 2018 - 12:14
in MARAQLI

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Eynəklər ilin bütün fəsillərində istifadə olunan aksesuar olsa da, ona daha çox yayda ehtiyac duyulur.

Elchi.az  AZƏRTAC-a istinadən bildirir ki, orqanizmin ən zərif orqanının mühafizəsi üçün istifadə edilən eynəklərin bir sıra xüsusiyyətləri var.

Eynəklər plastik və şüşə materiallardan hazırlanır. Şüşə materialın adi, xomilyon və başqa növləri var. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq, tez sınıb çatlayır. Ona görə də şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur. Ondan görmə zəifliyini aradan qaldırmaq, xarici təsirlərdən və elektromaqnit şüalanmadan qorunma və ya sadəcə aksesuar məqsədilə istifadə edilir.

Şüşə, polikarbonat plastik və optik plastikdən düzəldilən eynəklər təhlükəsiz və istifadə üçün daha əlverişli hesab olunur. Mövsümi olaraq daha çox istifadə olunan gün eynəkləri isə əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır. Plastmas və ya adi tünd şüşədən hazırlanan eynəklər günəş şüalarını udmaq qabiliyyətinə malik deyil və sağlamlıq üçün təhlükəlidir. Gün eynəyinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraxılmaması göstərilir.

İlk növbədə, onun rənginə və çəkisinə fikir vermək lazımdır. Eynək nə tünd, nə də açıq rəngdə, yüngül, çox rahat, göz çuxuruna uyğun, həmçinin göz şüalarını qıran və qoruyucu, gözü qamaşdırmayan xüsusiyyətlərə malik olmalıdır.

Eynəklərin keyfiyyətini ayırd etmək xeyli çətindir, amma bəzi xüsusiyyətlərə görə onu müəyyən etmək olur. Məsələn, qəhvəyi rəngli eynək keyfiyyətlidirsə, ətrafdakı əşyalar öz rənglərində, əks halda bütün əşyalar qəhvəyi rəngdə görünür.

Mütəxəssislərin fikrincə, gün eynəyi alarkən şüşənin rənginin tünd və ya açıq olmasından başqa ultrabənövşəyi şüaların qarşısını alıb-almadığına da fikir vermək lazımdır. Eynək taxılan zaman ətrafın bulanıq görünməsi seçimin düzgün aparılmadığını göstərir. Bununla yanaşı, şüşənin üzərində zəmanəti göstərən qeydiyyat məlumatı öz əksini tapmalıdır. Eynək seçərkən tünd deyil, açıq rəngli şüşələrə üstünlük verilməlidir. Oftalmoloqlar xəbərdarlıq edirlər ki, eynək seçiminin düzgün olmaması gözün görmə qabiliyyətinin getdikcə pisləşməsinə səbəb ola bilər. Səhv seçilmiş gün eynəkləri gözün görmə qabiliyyətinin zəifləməsinə, göz təzyiqinin yaranmasına və başağrısına da səbəb olur. Eynək alarkən üz quruluşuna uyğun, qulaqlara və buruna təzyiq göstərməyən və ultrabənövşəyi şüaları keçirməyən eynəklərə üstünlük vermək məsləhətdir.

Enli eynək modelləri nəinki gözləri, həmçinin gözətrafı dərini qoruyur. Günəş işığında tez-tez gözlər qıyıldığına görə gözətrafı zonada qırışların əmələ gəlməsi müşahidə olunur. Ona görə də böyük ölçülü eynək seçilməsi daha düzgün hesab edilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İşdən çıxarıldığını eşidən bağban ev sahiblərinə hücum etdi – Bir öldü, digəri yaralandı

Next Post

“Gəncədəki hadisə dövlətçiliyə əl qaldıran xainlər tərəfindən törədilib” – Əli Həsənov

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post
“Gəncədəki hadisə dövlətçiliyə əl qaldıran xainlər tərəfindən törədilib” – Əli Həsənov

"Gəncədəki hadisə dövlətçiliyə əl qaldıran xainlər tərəfindən törədilib" - Əli Həsənov

Bu gündən müəllimlər üçün test imtahanına başlanılır

Bu gündən müəllimlər üçün test imtahanına başlanılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.