"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda yayın isti keçməsi ilanların sayını artırıb

18 İyul 2018 - 09:45
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artıb.

Elchi.az bildirir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Havaların qızmar keçməsinin soyuqqanlı heyvan olan ilanlar üçün sərfəli olduğunu nəzərə çatdıran E.Yusifov əlavə edib ki, bu yay ilanların zərərsizləşdirilməsi ilə bağlı onlara edilən müraciətlərin sayı xeyli artıb.

İnstitut direktoru ilanların sayının artmasına əlverişli iqlim şəraiti ilə yanaşı, qida zəncirinin də təsir göstərdiyini söyləyib.

Onun sözlərinə görə, becərilməyən torpaqlarda xırda gəmiricilərin sayının artması onlarla qidalanan ilanların da say artımına səbəb olur.

Bununla bağlı araşdırmaların aparılmasını vacib sayan institut direktoru ilanların daha çox Kür-Araz ovalığında yerləşən Aran rayonlarında təsadüf edildiyini də söyləyib.

O qeyd edib ki, Azərbaycanın yarımsəhra əraziləri ilanların artımı baxımından çox təhlükəlidir:

“Bunlar ərazi etibari ilə Qobustan-Abşerondan tutmuş Ağstafaya qədərdir. Kür boyunca yerləşən Salyan, Neftçala, Biləsuvar rayonlarında belə risklər var”.

E.Yusifov yaşayış yerlərində ilanların olmaması, insanların özlərini ilanların təhlükəsindən qoruması üçün lazım olan yolları da açıqlayıb.

O qeyd edib ki, ilanların ərazidə olmaması üçün divarlarda olan çatlar, dəliklər mütləq suvanaraq bağlanılmalıdır:

“Çünki ilanlar özlərinə yuva salmırlar. Onlar həmin o çatlarda, çəpərlərin dəliklərində yaşayırlar. İlanlar adətən özlərini qızdırdıqdan sonra kölgəliyə – evlərin zirzəmilərinə daxil olurlar. Buna görə zirzəmilərin girişləri məhdudlaşdırılmalıdır. Hazırda həm də tarla, məhsul yığımı mövsümüdür. İnsanlar tarlalara gedəndə özlərini ilan sancmalarından qorumaq üçün təhlükəsizlik qaydalarına riayət etməlidirlər. İlk növbədə boğazlı çəkmə geyinilməlidir. Təəssüf ki, mən rayonlarda insanların tarlalarda çəkələk geyinərək işlədiyini görürəm. Bu isə təhlükəsizlik baxımından yolverilməzdir”.

E.Yusifov qeyd edib ki, meşədə istirahətə gedənlərin də əllərində gəzərkən bir çubuq olmalı və onunla çığırları tərpətməlidirlər:

“Nəzərə almaq lazımdır ki, indi ilanların aktivliyinin ən pik dövrüdür. Onlar oktyabrın sonunadək aktiv olacaqlar. Sonradan – soyuqlar düşdükdə isə ilanlar qış yuxusuna gedəcəklər”.

Azərbaycandakı ilanların hamısının zəhərli olmadığını da açıqlayan institut direktoru ölkəmizin faunasında 20-yə yaxın ilan növünün olduğunu, onlardan isə yalnız birinin – gürzənin insan həyatı üçün təhlükəli olduğunu söyləyib:

“Amma çox təəssüf ki, bizdə ekoloji maarifləndirmə, fauna bilikləri qənaətbəxş olmadığından insanlar qarşılarına çıxan bütün sürünənləri zəhərli sayaraq onları öldürürlər. Qırmızıqarın təlxə, zeytun təlxə, dağ təlxəsi tam təhlükəsiz canlılardır. Onların insan həyatı üçün heç bir təhlükəsi yoxdur. Amma el arasında onlara əfi ilan, şahmar ilan deyərək öldürürlər. Yaxud koramal da tam təhlükəsizdir. Yeri gəlmişkən qeyd edim ki, koramal ümumiyyətlə, ilan deyil. O, təkamül dövründə ayaqlarını itirib, amma Azərbaycanda el arasında ona “ilana zəhər verən” deyirlər və öldürürlər. Bunlar isə yolverilməzdir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda nizamnamə kapitalı 17,4 mln. manat olan Olimpiya İdman Kompleksi yaradılıb

Next Post

Bərdədə gənclər arasında bıçaqlanma olub

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bərdədə gənclər arasında bıçaqlanma olub

Bərdədə gənclər arasında bıçaqlanma olub

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.