Gürcüstanda etiraz aksiyası keçirilir

Bunu da oxuyun

Gürcüstanın Tkibuli şəhərinin mərkəzində etiraz aksiyası keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, kömür mədənlərində işləyən fəhlələr mədənlərdə mövcud vəziyyətə etiraz edirlər.

Aksiya iştirakçıları “Gürcüstan kömürü” şirkətinin rəhbərliyinin dərhal işdən azad olunmasını, baş nazirlə görüş keçirilməsi və mədənlərdə təhlükəsizlik normalarının gücləndirilməsini tələb edirlər. Aksiyaya sıravi vətəndaşların da qoşulacağı gözlənilir.

Qeyd edək ki, Tkibulidə yerləşən Mindeli mədənində iyulun 16-da baş vermiş qəza nəticəsində 4 fəhlə ölüb, 6-sı isə xəsarət alıb. Hadisə ilə əlaqədar Tkibuli şəhərindəki mədənlər müvəqqəti bağlanıb. Mindeli mədənində bu ilin aprelində də qəza olub və nəticədə 6 fəhlə ölüb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728