"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

27 İyul 2018 - 13:30
in SİYASƏT MANŞET

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

İyulun 26-da baş nazir Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib.

ELchi.az AzərTAc-a istinadən xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Yol Xəritələrinin icrasına dair hazırlanmış monitorinq və qiymətləndirmə hesabatlarının müzakirəsi; 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin gedişinin müzakirəsi.

Baş nazir Novruz Məmmədov bildirib ki, son illərdə Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi nəticəsində Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formalaşmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə böyük işlər görülür.

Novruz Məmmədov qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması yolunda mühüm addımlar atılıb və bu proses uğurla davam edir. “Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu gün sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında böyük işlər görülüb. Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionların da tarazlı şəkildə inkişaf etməsi ölkənin potensialının artmasına güclü təkan verib. Bu gün müzakirə edəcəyimiz məsələlər bu inkişafın davamlılığını təmin etməyə yönəlib”, – deyə Baş nazir Novruz Məmmədov vurğulayıb.

Birinci məsələyə dair məruzə ilə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, nazirlik Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərdən 151-i üzrə əsas icraçı, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına” dair Strateji Yol xəritələrinin isə əlaqələndiricisi müəyyən olunub. Nazir vurğulayıb ki, Strateji Yol xəritələrinin icrası ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına töhfə verəcək.

Gündəlikdəki ikinci məsələyə dair Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun məruzəsi dinlənilib. Komitə sədri bildirib ki, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, aidiyyəti dövlət qurumları tərəfindən hazırlıq işlərinə başlanılıb. Dövlət Statistika Komitəsi tərəfindən siyahıyaalma ilə bağlı təşkilati işləri, siyahıyaalma materiallarının hazırlanmasını, siyahıyaalmanın keçirilməsini, nəticələrinin yayılmasını və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı görüləcək işləri özündə əks etdirən təqvim planı tərtib olunub.

Gündəlikdə duran məsələlər üzrə müvafiq qurumların rəhbərlərinin məruzələri dinlənildikdən sonra hər iki mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekununda məruzəçilərin çıxışları nəzərə alınmaqla iclasın qərarı qəbul edilib.

Qərarda göstərilir ki, aidiyyəti qurumlar Strateji Yol xəritələrinin icrası zamanı yaranan problemlərin, çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər və nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında, keyfiyyətlə icrasının daha da sürətləndirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Şəhər və rayon icra hakimiyyətləri əhalinin siyahıyaalınmasının keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini təmin etsinlər.

İclasa yekun vuran Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsmayıllının prokuroru həbs edildi – RÜŞVƏTƏ GÖRƏ

Next Post

Evdən skeletləşmiş qadın meyiti tapıldı – Bakıda

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post
Evdən skeletləşmiş qadın meyiti tapıldı – Bakıda

Evdən skeletləşmiş qadın meyiti tapıldı - Bakıda

ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər – İddia

ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər - İddia

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.