"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİNİN TƏHLÜKƏLİ KADR SİYASƏTİ

30 İyul 2018 - 16:00
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Ətin tez xarab olduğu isti yay aylarında satışının toz-torpağa məruz qalan küçələrdə, yol kənarında həyata keçirilməsi yolverilməzdir. Belə neqativ hallara qarşı mübarizə işinin səmərəliliyini artırmaq üçün aidiyyati dövlət və hökumət strukturları tərəfindən əhəmiyyətli tədbirlər görülsə də, ayrı-ayrı yerlərdə ət kəsimi ilə bağlı normativ tələblərin gözlənilmədiyi müşahidə olunmaqdadır.

Mediatv.az saytının redaksiyasına Xızı rayonu ərazisində qanunsuz ət kəsiminin və satışının baş alıb getməsi barədə informasiya daxil olub. Biz bu məsələ ilə əlaqədar suallarımızı cavablandırması üçün rayonun baş baytarı Bəylər müəllimlə əlaqə saxladıq. O isə bu il iyul ayının 1-dən etibarən belə neqativ hallara qarşı mübarizə aparmaq səlahiyyətinin Dövlət Baytarlıq Xidmətindən alınaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) verildiyini bildirdi. Həmçinin, Agentliyin regional idarəsinin qonşu Siyəzən rayonunda yerləşdiyini, Xızıda vəziyyətə nəzarəti həmin idarənin müfəttişi Zinharov Emil Qadir oğlunun həyata keçirdiyini qeyd etdi.

Məqsədi eyni, amma istiqaməti dəyişmiş araşdırmalarımızdan bəlli oldu ki, Emil Zinharov əvvəllər Sumqayıt şəhər Baytarlıq İdarəsində müfəttiş işləyib. O vaxtlar isə həmin idarənin rəisi vəzifəsini əvvəllər Dövlət Baytarlıq Xidmətinin rəsi olmuş Sialə xanım Rüstəmova aparırmış. Həmçinin araşdırma nəticəsində əldə etdiyimiz nəticələrə görə, Zinharovun qol qoyduğu qanun pozuntuları, korrupsiya əməlləri Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb və hüquqi qiymət verilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Mediatv.az-a verilən məlumata görə  Zinharovun təqsiri 25 avqust 2017-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən sübuta yetirilib və onun 2000 (iki min) manat cərimə olunması, eləcə də 2 (iki) il müddətinə dövlət və idarəetmə orqanlarında işləmək hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılıb.

Maraqlıdır, həmin məhkəmə qətnaməsindən cəmi bir il ötməsinə baxmayaraq, görəsən Emilin hansı himayədarı onun işə götürülməsi barəsində Dövlət Agentliyinin sədri cənab Qoşqar Təhməzliyə təqdimat verib? Öyrənməyə çalışırıq.

P.S. Bu il yaradılmış Qida Təhlükəsizliyi Agentliyinin qarşısına qoyduğu əsas vəzifə Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu əldə etməsini təmin etməkdir. AQTA bu prosesi kiçik və orta sahibkarların işirakı ilə, mərhələli şəkildə həyata keçirməli, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə işlər görməlidir. Gəlin razılaşaq ki, Zinharov kimi reputasiyası ləkəli, əliəyri kadrlarla bu mühüm vəzifələrin öhdəsindən gəlmək qeyri-mümkündür. Odur ki, AQTA-nın fəaliyyətinin başqa tərəflərinə toxunmadan, qurumun məhz kadr siyasətində hər şeyin qaydasında olduğunu demək çətindir.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Toy məclisində yığılan pul oğurlandı

Next Post

Azercell-lə nura doğru

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Azercell-lə nura doğru

Azercell-lə nura doğru

Bu il “Azərkosmos” 19 ölkədən 12,7 mln. dollar gəlir əldə edib

Bu il “Azərkosmos” 19 ölkədən 12,7 mln. dollar gəlir əldə edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.