"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Emin Ağalarova Azərbaycanın xalq artisti fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub FOTO

31 İyul 2018 - 16:22
in MƏDƏNİYYƏT

 Bu gün mədəniyyət naziri Əbülfəs Qarayevtanınmış bəstəkar və müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarova “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanını təqdim edib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Müğənni bu fəxri ada Prezident İlham Əliyevin 27 may 2018-ci il tarixdə imzaladığı sərəncama əsasən layiq görülüb.

Musiqiçini fəxri ad alması münasibətilə təbrik edən nazir bildirib ki, ölkə başçısı tərəfindən təltif olunması onun yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir. Çünki Emin Ağalarov müğənni və təşkilatçı kimi bu gün müasir Azərbaycan mədəniyyətini təkcə keçmiş sovet məkanında deyil, bütün dünyada layiqli şəkildə təbliğ edir: “Azərbaycan mədəniyyətinin və ümumiyyətlə, ölkəmizin tanıdılması istiqamətindəki fəaliyyətinizə görə siz bu ada layiqsiniz və inanıram ki, bundan sonrakı fəaliyyətiniz də səmərəli olacaq”.

“Jara” Beynəlxalq Musiqi Festivalı ilə bağlı fikirlərini bölüşən nazir qeyd edib ki, artıq üçüncü ildir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi festivalın təşkilində yaxından iştirak edir: “Biz bu böyük musiqi layihəsində birgə əməkdaşlıqdan məmnunluq duyuruq. Azərbaycan mədəniyyətinin təbliği baxımdan “Jara” festivalı böyük əhəmiyyət kəsb edir”.

Nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirən Emin Ağalarov “Jara”nın sadəcə festival deyil, böyük musiqi platformasına çevrildiyini deyib: “Artıq üçüncü festivalı böyük hərarətlə və uğurla arxada qoyduq. Festival çərçivəsində 5 gün müddətində 250-dən artıq musiqiçi tamaşaçılar qarşısında çıxış etdi. Bütün qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edildi. Gün ərzində 75 ifa və 6 saatlıq konsertin reallaşdığı festivalın Rusiyanın baxımlı “Muz TV” kanalı ilə canlı yayımlanmasının özü də böyük əmək və məsuliyyət tələb edirdi. Çətin olsa da, bu işin öhdəsindən məharətlə gələ bildik. Heydər Əliyev Mərkəzinin qarşısında Bakı sakinləri üçün keçirdiyimiz konsert isə daha yaddaqalan oldu. Çünki bizə konsertdə iştirakla bağlı çoxsaylı mesajlar yazılırdı. Belə qərara gəldik ki, bu məqsədlə belə bir konsert təşkil edək. İnanıram ki, növbəti festival daha rəngarəng və hərarətli olacaq. Bakının tarixi İpək Yolu üzərində yerləşməsi onu həmişə qonaqlar və turistlər üçün cəlbedici edib. Multikulturalizm beşiyi olan Azərbaycan bu festival çərçivəsində dostluğu və sülhü bir daha tərənnüm edir”.

Təqdimatdan sonra jurnalistlərə müsahibə verən Emin Ağalarov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ən yüksək fəxri adına layiq görülməyindən şərəf duyduğunu bildirib: “Hər bir ifaçı üçün bu fəxri ad həm məsuliyyət, həm də şərəfdir. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa sinəmdə Azərbaycanın “Xalq artisti” fəxri adının nişanı ilə müsahibə vermək nəsibim olacaq. Bu fəxri ad hər zaman Azərbaycanın təbliği və tanıdılması istiqamətində fəaliyyətimi əsirgəməyəcəyimə və bu adı şərəflə daşıyacağıma bir işarədir. Bilirsiniz ki, “Jara” festivalını uğurla yekunlaşdırdıq. Festival çərçivəsində 1200-dən artıq musiqiçi Bakının mədəni həyatına sevgi, hərarət və coşqunluq gətirdi. Bu bayramda həm yaşlı, həm də gənc nəsil öz zövqlərinə uyğun musiqi dinləyə bildilər. Bu gün Moskvaya qayıdıram və növbəti festivalın hazırlıqlarına başlanılacaq. Bir daha ölkə rəhbərliyinə həm yaradıcılığıma, həm də fəaliyyətimə verdiyi yüksək dəyərə görə dərin minnətdarlığımı bildirirəm”.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah Azərbaycanda hava şəraiti dəyişəcək, yağış yağacaq

Next Post

Bu gün Mars Yerə ən yaxın məsafədə olacaq

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
Bu gün Mars Yerə ən yaxın məsafədə olacaq

Bu gün Mars Yerə ən yaxın məsafədə olacaq

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var”

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.