Tramp Koreya lideri ilə yenidən görüşmək istəyir

Bunu da oxuyun

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü səbirsizliklə gözlədiyini bildirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

Donald Tramp Koreya müharibəsi zamanı ölən ABŞ hərbçilərinin meyitlərinin qalıqlarının ölkəsinə göndərilməsi ilə bağlı verdiyi sözə əməl etdiyinə və məktubuna görə Kim Çen Ina təşəkkür edib: “Mən sizinlə yeni görüşü səbirsizliklə gözləyirəm”.

Avqustun 2-də ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Koreya müharibəsində həlak olmuş 55 hərbçinin meyitinin qalıqları Havaya adasındakı Xikam aviabazasına gətirib. Hərbçilərin meyitlərinin ABŞ tərəfinə verilməsi ilə bağlı razılşama Donald Trampla Kim Çen In arasında Sinqapurda keçirilən görüşdə əldə edilib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728