"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qoca”nın qaçmasına kömək göstərən qadın: “Etibar 2 yastıq götürüb maşının “baqaj”ına girdi”

08 Avqust 2018 - 13:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bakıda “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağami adlı məhbusların qatardan qaçmasına kömək göstərməkdə təqsirləndirilən Günay Atakişiyevin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Elchi.az report-a istinadən xəbər verir ki, ittiham aktında qeyd edilib ki, o, “Qoca” ləqəbli Etibar Məmmədovu birgə kirayədə yaşadığı rəfiqəsi Lalə vasitəsi ilə tanıyıb.

G.Atakişiyeva söyləyib ki, Lalə daha əvvəl E.Məmmədovla sevgili olub: “Mən də onunla telefonla danışmağa başladım. 2017-ci ilin sentyabr ayında Lalə və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm. Bundan sonra Lalənin telefonu vasitəsilə Etibarla danışmağa davam etdim. Oktyabrın 19-da Aqil mənə zəng edib, Etibarın məni yanına çağırdığını bildirdi. Aqillə ora getdim. Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, bizi oktyabrın 21-də Lənkərana məhkəməyə aparacaqlar. Mən həmin vaxt qatardan qaçacam, Aqil sənə açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. O, isə sənə çantada paltar verəcəklər, onu gətirib qatarda mənə verərsən söylədi. Onunla razılaşdım. Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib, Etibara verməyimi istədi. Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı. O, çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar. Kupedə gördüm ki, həmin torba artıq Etibara verilib. Biz biraz söhbət edəndən sonra Etibar otaqdan çıxıb, başqa dustaqların yanına getdi, sonra qayıtdı. Ümumiyyətlə, Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə gedib-qayıdırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında mən düşüb Masallıya getdim, bir qədər sonra Etibar zəng edib, onunla birgə qatarda Bakıya qayıtmağımı istədi. Lənkərana qayıtdım, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını vurğuladı”.

G.Atakişiyevə ifadəsi zamanı deyib ki, Şirvan şəhərində Aqil Nəcəfov da qatara minib: “O, qatara minən zaman Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən orada qatardan düşdük, taksi ilə Bakıya gəldik. Səhər saat 05 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən oradan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə söylədi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Onun tələbi ilə nömrəmi sındırıb atdım, səhəri gün tanış taksi sürücüsü Məhəmmədi çağırdım. Mən və Lalə ona Etibar haqda dəfələrlə danışmışdıq deyə artıq onu qiyabı tanıyırdı. Məhəmməd Etibarın türmədən qaçdığını bilirdi və onu Qazaxa aparmaq üçün 150 manata razılaşdı. Etibar 2 adyal və yastıq götürüb maşının “baqaj”ına girdi və orada gedəcəyini dedi. Mənə 800 dollar verib bildirdi ki, Qazaxda ona qaytarım. Yolda Etibar Məşədi adlı şəxslə bir saatdan bir danışdı. Məşədi onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazaxa çatdıq, Məhəmməd orada başqa bir taskiyə 23 manat verdi ki, bizə bələdçilik edib, Ağsatafa rayonun Sadıxlı kəndinə aparsın. Poylu stansiyasına çatanda gördük qarşıda post var və polislərlər, hərbçilər maşınları yoxlayır. Bu vaxt Etibar Məhəmməd “maşını geri sürsün” dedi. Mən Etibara qaçmamasını söylədim, amma qulaq asmadı. Arxadan NİVA markalı maşında polislər gəlirdi, biz Poylu kəndinin içində küçəyə girdik, tupik oldu. Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər bizi tutub şöbəyə gətirdilər, Etibar isə qaçıb getdi”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda 6 bağlanmış bankın əmlakı satışa çıxarılır

Next Post

Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Evdən 97 kiloqramdan artıq çətənə kolu və marixuana aşkarlandı

Evdən 97 kiloqramdan artıq çətənə kolu və marixuana aşkarlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.