Bərdədə valideynlər orta məktəb direktorunun aşağı sinif şagirdlərini dərs vaxtı təhsildən ayıraraq digər işlər
gördürdüyünü iddia edirlər.
gördürdüyünü iddia edirlər.“Qafqazinfo” xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, 8 saylı orta məktəbin direktoru Qəmbər Ağayev dərs saatında azyaşlı məktəbli şagirdləri təhsildən ayıraraq öz işlərini gördürür. Fotolardan da göründüyü kimi, bir neçə şagird nə qədər təhlükəli olsa da, yük avtomobilinin yük daşıma hissəsində digər ərazilərə yük daşıyırlar.
Yük maşınında olan məktəbə aid stol və stul rayonda təşkil edilən tədbirlərdən birinə daşınır.






