Bakıda restoranda atışma – Ölən var

>

Bunu da oxuyun

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Elchi.az  Report-a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.

Ölən şəxsin Çingiz, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub. Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

Cinayəti törədən şəxsin axtarışları davam etdirilir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728