“İŞİD, ümumiyyətlə, böyük destabilizasiyadır, bizi Üçüncü Dünya Müharibəsinə aparır”.
Vestikavkaza.ru saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya İslam Komitəsinin sədri Heydər Camal çıxış edib. O, İŞİD-in formalaşmasının arxasında ABŞ-ın dayandığına inanmadığını bildirib.
Camal yalnız Vaşinqtonun bu regionun düşməni olduğunu deyib. O, bəzi dövlətlərin ABŞ-la maraqlarının üst-üstə düşməməsinə baxmayaraq, İŞİD-ə qarşı birləşməsinə inanmadığını da söyləyib.



