Cari ilin yanvar-iyul aylarında İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 178,2 milyon nəfər və ya
ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, bu dövrdə İpək yolu ilə daşınan yüklərin həcmi 33,5 milyon ton olub. Yüklərin 50 faizi avtomobil, 34,1 faizi dəmir yolu, 15,9 faizi dəniz nəqliyyatının payına düşüb.
Yük daşımaları fəaliyyətindən 289,6 milyon manat, sərnişin daşınmasından isə 62,5 milyon manat gəlir əldə olunub və müvafiq surətdə 9 faiz və 12,8 faiz artım qeydə alınıb.
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...



