Ermənistanda səfərdə olan Fransa Senatının üzvü, Fransa-Ermənistan Dostluq Qrupunun üzvü Filipp
Kaltenbax İrəvanda bəzi açıqlamalarla çıxış edib.
Kaltenbax İrəvanda bəzi açıqlamalarla çıxış edib.Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, deputat macal tapıb işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər də edib.
Qarabağ problemini həll perspektivindən danışan ermənipərəst fransız Azərbaycan prezidenti İlham Əliyevin həddən ziyadə sərt mövqe sərgilədiyinə diqqət yönəldib.
“Əliyevin tərəfindən hansısa güzəşt gözləməyi təsəvvürə gətirmək çətindir. Həmsədrlərin səylərinə baxmayaraq aydındır ki, danışıqlar prosesi çox çətinliklə irəliləyir” – deyə ermənipərəst deputat qeyd edib.



