Mərc oyunlarının qaydalarında dəyişiklik edildi

>

Bunu da oxuyun

Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”ı və “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişikliklər edib.

Dəyişiklik “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1163-VQD nömrəli Qanununun tətbiqi haqqında” prezidentin sərəncamının icrasını təmin etmək məqsədi ilə edilib.

“İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.11-ci yarımbənd əlavə edilsin:

“5.1.11. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etmək.”;

1.2. aşağıdakı məzmunda 13.3-2-ci bənd əlavə edilsin:

“13.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.

“Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 6.3-2-ci bənd əlavə edilsin:

“6.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”(qafqazinfo.az)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728