“Azərenerji” ötən ay 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib

Bunu da oxuyun

Bu ilin sentyabr ayında “Azərenerji” ASC 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 mlrd. kVt/saat və yaxud 5,9% azdır.

“Carı ilin müvafiq dövrü ərzində ölkə enerjisisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Bununla yanaşı, “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdən keçirilir və bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə ardıcıl tədbirlər görülür” – deyə Y.Babanlı əlavə edib. (Report)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728