"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı Metropolitenində ilk dəfə qadın maşinist işləyəcək

09 Oktyabr 2018 - 14:09
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 “Bakı Metropoliteni” QSC-nin hərəkət qatarlarının maşinisti peşəsi üzrə iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumatda deyilir ki, tədris prosesinin ilk mərhələsi 17 iddiaçı ilə başlanıb. Belə ki, seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub. Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib.

İlk seçim mərhələsinə 170 nəfər dəvət edilib. Onlardan 127 nəfəri müsahibə mərhələsində iştirak edib.

Seçimin ilk mərhələsində iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsi, dünya görüşü, həmçinin maşinist peşəsi ilə bağlı məlumatlılığı, ümumi psixoloji durumu yoxlanılıb. Mərhələnin yekunlarını araşdıran mütəxəssislərdən ibarət komissiya 31 nəfəri əsas seçim meyarlarına uyğun sayıb.

Seçimin ikinci mərhələsində 31 nəfərdən 28-i iştirak edib. 3 nəfər şəxsi istəyinə uyğun olaraq ikinci tura qatılmayıb. Peşəkar mütəxəssislər tərəfindən aparılan psixoloji test mərhələsində 22 nəfərin əsas seçim standartlarına tam cavab verdiyi müəyyən olunub.

Seçimin üçüncü mərhələsi olan tibbi yoxlamalarda iştirak etməkdən 3 nəfər imtina edib, 19 nəfər isə peşə seçiminin bütün mərhələlərini uğurla keçsə də, sonradan bütün mərhələləri uğurla keçmiş daha iki nəfər öz istəyi ilə təlim-tədris prosesinə qatılmayıb.

Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 17 iddiaçı iştirak edəcək. Onlardan biri qadındır.

“Bakı Metropoliteni” gender bərabərliyi prinsipini əsas götürərək paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb.

Ümumiyyətlə, “Bakı Metropoliteni” yaradıldıqdan sonra kadrların hazırlanması və ixtisasının artırılması, peşə hazırlığının yüksəldilməsi sahəsində mühüm tarixi yeniliklər həyata keçirilib. Maşinist peşəsi üzrə elan edilmiş bu seçim prosesi metropoliten tarixində kadr hazırlığına gətirilmiş daha bir yeni münasibət, fərqli yanaşma tərzi, novator yenilik nümunəsidir. Səhmdar cəmiyyətin rəhbərliyi müasir texnologiyaların, ələlxüsus informasiya-kommunkasiya texnologiyalarının vaqon istehsalı sahəsinə gətirdiyi yeni düşüncə tərzinə uyğun olaraq, bu addımı ilə qabaqcıl dünya təcrübəsini metropolitenin daha bir sahəsində tətbiq etməyə başlayır. Məhz bu səbəbdən maşinist peşəsinə yiyələnmək yeni dövrün tələblərinə uyğunlaşdırılır. Bu novator ideya, ilk növbədə, maşinist peşəsinə yiyələnmək istəyənlərin qarşısındakı sədləri, tarixən formalaşmış və günün nəbzini tutmayan süni maneələri aradan qaldırmaqla yanaşı, daha geniş ixtisaslı kadr ordusuna meydan açır.

Buna qədər qatar maşinisti olmaq üçün müvafiq peşə təhsili almaq, daha sonra metropolitendə işə düzələrək lokomotiv təsərrüfatı sahəsində, ən azı, bir il çilingər işləmək, daha sonra müvafiq kurslarda bilikləri artırmaq, imtahan vermək tələb olunurdusa, indi bu qaydalara tamamilə yeni baxış gətirilir.

Dünya təcrübəsinin örnəkləri əsasında təşkil edilən təlim-tədris prosesi 5-6 ay müddətinə nəzərdə tutulub. Peşə üzrə hazırlıq prosesinin iştirakçıları hər iş günü ərzində müxtəlif nəzəri, praktik təlimlərdə iştirak edərək, həm metropoliten infrastruktunu öyrənəcək, qatarların idarə edilməsi, vəzifə və texniki istismar təlimatlarının mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və maşinist peşəsi üçün vacib olan digər vacib tədris proqramını əhatə edən kurslarda iştirak edəcək. Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.

Onu da əlavə edək ki, tədris prosesinin iştirakçılarına “Bakı Metropoliteni”nin təqaüdü veriləcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəlib

Next Post

Binədə baş vermiş qəzada yaralananların HAZIRKI VƏZİYYƏTİ

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Binədə baş vermiş qəzada yaralananların HAZIRKI VƏZİYYƏTİ

Binədə baş vermiş qəzada yaralananların HAZIRKI VƏZİYYƏTİ

Azərbaycan Qazaxıstandan düyü idxalını 3 dəfə artırıb

Azərbaycan Qazaxıstandan düyü idxalını 3 dəfə artırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.