"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN HAKİMİ HƏMKARLARININ QƏRARINA ETİRAZ ETDİ – Dollar kreditləri ilə bağlı qərara xüsusi rəy yazdı

09 Oktyabr 2018 - 20:28
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

256941_res_01

Konstitusiya Məhkəməsi öz rəsmi saytında manatın devalvasiyasından qabaq banklardan dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmalı olduğu barədə bu günlərdə qəbul etdiyi qərarın tam mətnini açıqlayıb. Və belə məlum olur ki, vətəndaşın devalvasiyadan qabaq dollarla götürdüyü kreditin indiki məzənnə ilə ödənilməli olduğu haqda qərarı Konstitusiya Məhkəməsində heç də yekdilliklə qəbul etməyiblər. Baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov bu qərarın əleyhinə çıxıb və mövqeyini xüsusi rəylə əsaslandırıb. Virtualaz.org xəbər verir ki, İsa Nəcəfovun rəyi Konstitusiya Məhkəməsinin saytında dərc edilib.

256942_src

Konstitusiya Məhkəməsi əvvəlcə dollar kreditləri ilə bağlı məsələyə hansı zərurətdən baxılması barədə məlumat verir. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək   Mülki Məcəllənin 422-ci maddəsinin şərh olunmasını xahiş edib. Müraciətdən görünür ki, vətəndaş Gülnarə Rzayeva “Expressbank” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Expressbank” ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək bankla aralarında bağlanmış 2015-ci il 9 fevral tarixli kredit müqaviləsinin və həmin müqavilənin icrasının təminatı olaraq bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsini istəyib.

G.Rzayeva iddia ərizəsini onunla əsaslandırıb ki, “Expressbank” ASC ilə onun arasında 2015-ci il 9 fevral tarixində kredit müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən o, bankdan illik 19 faiz olmaqla, 48 ay müddətinə 102.000 ABŞ dolları kredit götürüb. Kredit müqaviləsi bağlanarkən 1 ABŞ dollarının məzənnəsi 0,78 manat olub, sonradan ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə dəyişərək artıb.

256943_src

G.Rzayeva Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (manatın devalvasiyası) ilə əlaqədar müqavilənin ləğv edilməsini xahiş edib.Nərimanov Rayon Məhkəməsi 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddianı təmin etməyib. G.Rzayeva apellyasiya şikayəti verib. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Məcəllənin 422-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmələrdə müxtəlif yanaşmaların olmasının və fərqli məhkəmə aktlarının qəbul edilməsinin məhkəmə təcrübəsinin formalaşmasına maneələr yaratmasını nəzərə alaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib.

Və Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edib ki, manatın məzənnəsinin dəyişməsi şəraitin kəskin dəyişməsi kimi dəyərləndirilə bilməz və deməli vətəndaş bankdan krediti dollarla alıbsa onu indiki məzənnə ilə ödəməlidir.

Hakimlərdən  İsa Nəcəfov isə qərarla  razı deyil. “Plenumun qərarına hörmətlə yanaşaraq, təsviri-əsaslandırıcı hissəsi ilə qismən razıyam, nəticə hissəsi ilə isə razı deyiləm. Buna görə də xüsusi rəyimi bildirirəm”-hakim belə yazıb.

256944_src

Hakim rəyində xarici valyutada kredit götürülməsindən təsirlənən vətəndaşın işi haqda məlumat verir. Rəydə vurğulanır ki, vətəndaş mənzil almaq məqsədilə bankla kredit müqaviləsi bağlayaraq, illik 19 faizlə, 48 aya 102 min dollar kredit götürüb. Vətəndaş borc aldığı vaxt 1 dolların manata nisbəti 0.78, cəmi 12 gün sonra 1.05, bir müddət sonra 1.50, daha sonra isə 1.75 manat olub.

Habelə Isa Nəcəfov bildirir ki, vətəndaşın bu halla bağlı vəziyyəti pisləşib, bağladığı müqavilənin şərtlərinin dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə banka müraciət edib. Lakin razılığa gəlmədiklərindən Mülki Məcəllənin «şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi» adlı 422-ci maddəsini əsas göstərərək bankla bağladığı müqavilənin ləğvini və ya dəyişdirilməsini məhkəmədən istəyib.

Sözügedən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən həmin məhkəmə Konstitusiya Məhkəməsinə müraciət edib və Mülki Məcəllənin bu münasibətləri tənzimləyən 422-ci maddəsinin şərh edilməsini xahiş edib.

İsa Nəcəfov xüsusi rəyində yazır ki, 102 min dollar kredit götürən vətəndaş manatın devalvasiyası nəticəsində banka 190 min manat əsas kredit və 30 min manatadək bank faizi verməlidir.

9

“Ödəmə müddətinin də 4 il olmasını nəzərə alsaq, onda başa düşmək olar ki, kreditorun maliyyə vəziyyəti necə olacaqdır», – o bildirir. Hakim Konstitusiyaya istinad edərək vurğulayıb ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. İ.Nəcəfov yazıb ki, onun fikrincə, məhz belə konstitusion müddəalar nəzərə alınaraq, Mülki Məcəlləyə 422-ci maddə daxil edilib.

“Sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kredit borclarını ipoteka borclarından fərqləndirmək lazımdır. Sahibkar daşınmaz kapitala sahib olduğu halda, mənzil almaq üçün ipoteka borc müqaviləsinə girənin daşınmaz kapitalı yoxdur. Kredit münasibətləri bazar iqtisadiyyatında gündəlik iqtisadi münasibətlərdə hakim yer tutan münasibətlərdir. Pul vahidinin məzənnəsinin sabitliyi, eləcə də iqtisadiyyatı inkişaf etmiş ölkələrdə mütəmadi qalxıb düşməsi maliyyə şəraitin göstəricisidir. İnsanların həyat səviyyəsi bundan çox asılıdır. Milli valyutanın kəskin düşməsi həyat səviyyəsinin aşağı düşməsidir», – xüsusi rəydə qeyd edilir.

Xüsusi rəydə 12 bank şəbəkəsinin müflisləşmədən bağlanması, əməkdaşlarının işsiz qalması, on milyardlarla bank kapitalının geri qaytarılmaması xatırlanır. İ.Nəcəfov vurğulayır ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir.

«Vətəndaş bu halda bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır», – İ.Nəcəfov rəyin sonunda yazır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı oliqarxlar Bosfor sahillərində tarixi villalar alır

Next Post

Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı

Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı

“Təkcə bu il 8 ayda boşanmaların sayı 8000-i keçib”

“Təkcə bu il 8 ayda boşanmaların sayı 8000-i keçib”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.