"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Parlament terrorçuluqla bağlı qanuna dəyişiklik etdi

12 Oktyabr 2018 - 17:25
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi məsələsi parlamentin oktyabrın 12-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, qanun layihəsi haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, qanunun bir neçə maddəsinə dəyişikliklər nəzərdə tutulur:

“Belə ki, 1.0.4-cü maddədə “219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi” sözlərinin “219-1, 219-2, 226, 227, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinın, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi” sözləri ilə əvəz edilməsi istənilir.

Həmçinin 4.0-cı hissə, 4.1-ci hissə, 4.0.1 – 4.0.7-ci, 4.0.9-cu, 4.0.12-ci bəndlərin müvafiq olaraq 4.1.1 – 4.1.7-ci, 4. 1.9-cu, 4.1.12-ci bəndlər hesab edilməsi və 4-cü maddəyə bu məzmunda 4.2-ci hissə əlavə olunması təklif olunur.

Təklifin mahiyyəti ondan ibarətdir ki, cinayətkarlarla əlaqəli olan şəxslər monitorinq iştirakçılarında mühüm iştirak payına sahib və ya belə payın benefisiar mülkiyyətçisi ola, habelə monitorinq iştirakçılarında idarəetmə funksiyalarını yerinə yetirə, o cümlədən idarə heyətində, müşahidə şurasında və ya audit komitəsində vəzifə tuta bilməzlər.

Bundan əlavə, 6.6-cı maddəyə edilən əlavədə göstərilir ki, nəzarət orqanları tərəfindən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi riskləri ildə bir dəfə qiymətləndirilir və nəzarət yoxlamaları müəyyən edilmiş risklərə uyğun olaraq aparılır. 7.4-1-ci maddəyə isə əlavə edilir ki, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə işgüzar münasibətlərə və əməliyyatlara, o cümlədən ilkin çıxış və ya təyinat məntəqəsinin həmin dövlətin (əraz) olduğu pul vəsaitlərinin istənilən şəxs tərəfindən qəbul olunması və köçürülməsi ilə bağlı əməliyyatlara xüsusi diqqət yetirməli, bu cür əməliyyatların açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmadıqda onların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər.

Tələb olunduğu təqdirdə, hesabat qanunla müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, auditora, cinayət təqibini həyata keçirən orqanlara və ya nəzarət orqanlarına təqdim edilməlidir. Hesab edirəm ki, çox vacib və önəmli dəyişikliklərdir”.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabahın hava proqnozu açıqlanıb

Next Post

Parlament D230 bloku üzrə sazişi təsdiqləyib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Parlament D230 bloku üzrə sazişi təsdiqləyib

Parlament D230 bloku üzrə sazişi təsdiqləyib

Azərbaycanda qəzet redaksiyasına naməlum şəxslər tərəfindən basqın – Polis araşdırma aparır (Fotolar)

Azərbaycanda qəzet redaksiyasına naməlum şəxslər tərəfindən basqın – Polis araşdırma aparır (Fotolar)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.