"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təhsil Nazirliyi rüşvət alanları cəzalandırmaq istəmir?!.

29 Sentyabr 2014 - 16:49
in CƏMİYYƏT

65857_res_01Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Hər ilin bu günü ərəfəsində məktəblərdə müəllimləri təbrik etmək üçün şagirdlərdən pul yığılır.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Virtualaz.org saytına valideynlər tərəfindən edilən çoxsaylı müraciətlərdən bəlli olur ki, əsası “qədim Misir erası”nda qoyulan məcburi pul yığımı ənənəsi hələ də davam edir.

Valideynlərin sözlərinə görə, artıq məktəblərdə şagirdlərdən məcburi şəkildə pul yığılmasına başlanıb: “Məktəb direktoru sinif müəllimlərinə pul yığılması üçün göstəriş verib. Onlar isə valideyn komitəsinin köməyi ilə pul yığırlar. Etiraz edənlərə tapşırığın “yuxarıdan” gəldiyini deyirlər”.

Əldə etdiyimiz məlumata görə, şagirdlərdən pul yığmağa etiraz edən sinif rəhbərləri direktorların sərt təpkisi ilə qarşılaşırlar: “Etiraz edən sinif rəhbərlərinin maaşından pul çıxırlar. Buna görə də sinif rəhbərləri direktorla mübahisə etmək, işlərini və ya onsuz da çörəkpuluna güclə çatan məvaciblərini itirmək istəmirlər”.

Müəllimlər günü üçün yığılan pulun məbləğinə gəldikdə isə bu rəqəm şəhərin mərkəzində yerləşən məktəblərdə 50-100 manat, Suraxanı, Xətai, Sabunçu, Binəqədi məktəblərində isə 15-40 manat həddində müəyyənləşdirilib.

Yığılan pullar “nərdivan üsulu” ilə müəllimdən direktora, direktordan Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qədər yol qət edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə pulun hara getdiyini yəqin ki, Təhsil Nazirliyi açıqlayacaq.

Təhsil Nazirliyi də Müəllimlər gününə görə pul yığılması məsələsinə aydınlıq gətirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov virtualaz.org saytına dedi ki, valideynlər pul yığımı ilə bağlı nazirliyə müraciət etməlidir: “Şikayətlər anonim olanda tədbir görmək mümkün olmur. Buna görə də məktəbdə hansı müəllimin pul istədiyini, valideynin adını söyləmək lazımdır. Ünvan göstərilərsə, biz də tədbir görəcəyik”.

Bəs nazirlik bu problemlə bağlı hansısa addım atacaqmı, məktəblərə xüsusi tapşırıqlar veriləcəkmi?

C.Valehov bildirdi ki, müəllimlər günündə pul yığılmaması ilə bağlı əlavə tapşırığa ehtiyac yoxdur: “Müəllimlər and içirlər. Onlara “pul yığmayın” kimi tapşırıq və ya nəsə deməyə ehtiyac duymuruq. Hazırda Azərbaycanda 1 milyon 300 minə yaxın şagird var. Biz anonim müraciətləri araşdıra bilmərik”.

Nazirlik rəsmisi hansısa məktəbdə pul yığılması ilə bağlı iddialara inanmır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD öldürdüyü PKK-çıların şok görüntülərini yaydı

Next Post

İlham Əliyev Həsən Ruhani ilə görüşdü

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

İlham Əliyev Həsən Ruhani ilə görüşdü

Toy karvanında dəhşətli qəza – 9 ölü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.