"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Həyətyanı sahələrinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi? – Nazirlikdən cavab

22 Oktyabr 2018 - 09:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların vətəndaşların özləri tərəfindən kəsilə bilib-bilməməsi ilə bağlı müraciətlərə aydınlıq gətirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, vətəndaş ağacı özü əkibsə belə, həmin ağac onun həyətyanı sahəsindən kənardadırsa, onda onu kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli bələdiyyə, icra hakimiyyəti və s) müraciət etməlidir. Həmin qurumların ETSN-yə müraciətindən sonra nazirliyin mütəxəssisləri ağacın mövcud vəziyyətini öyrənmək üçün ağaca yerində baxış keçirir. İnsan həyatına və vətəndaşın əmlakına təhlükə törədəcəyi baxımından ağacın kəsilməsi, yaxud köçürülməsi zərurəti yaranarsa, müvafiq rəy verilir. Rəyin icrası yerli yaşıllaşdırma idarəsi tərəfindən icra edilir.

Ümumilikdə yaşıllıqların qorunub mühafizə edilməsinin “Yaşılllıqların mühafizəsi haqqında” qanunla tənzimləndiyini deyən İ.İbrahimova əlavə edib ki, vətəndaşların həyətyanı və bağ sahələrindəki ağacları kəsə bilməsi üçün həmin ərazinin vətəndaşın mülkiyyətinə aid olması barədə təsdiqedici sənədləri olmalıdır. Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış sənədi varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Amma bu sənəd yoxdursa, onun ağac kəsməsi qanunvericiliyə ziddir.

Nazirlik rəsmisi bildirib ki, yaşıllıqların qanunvericiliyə zidd olaraq kəsilib götürülməsi və zədələnməsi ilə əlaqədar törətdikləri inzibati xətaya görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinin 253.2, 253.3.1-253.3.3, 253.4, 253.5.1-253.5.3 və 253-1.1-253-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilirlər. Törətdikləri inzibati xətanın mahiyyətindən və yerindən asılı olaraq, tikinti və abadlaşdırma istisna olmaqla, yaşıllıqların məhv edilməsinə görə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25000 manat məbləğində, tikinti və abadlaşdırma zamanı hər bir ağac və kolun məhv edilməsinə görə fiziki şəxslər 2200-3000 manat, vəzifəli şəxslər 5000-7000 manat, hüquqi şəxslər 35000-45000 manat məbləğində cərimə edilirlər. Həmçinin yaşıllıqların zədələnməsi ilə bağlı müvafiq olaraq fiziki şəxslər 100-300 manat, vəzifəli şəxslər 200-600 manat, hüquqi şəxslər 1000-3000 manat məbləğində, yaşıllığın mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə inzibati xətanın mahiyyətindən asılı olaraq, fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1000-3000 manat, hüquqi şəxslər 3000-10000 manat məbləğində cərimə olunurlar.

İ.İbrahimova qeyd edib ki, yaşıllıqların məhv edilməsinə görə təbiətə dəymiş ziyan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən hesablanılır. Qaydaya əsasən, məhv edilən ağacların diametri əsas götürülür, dəymiş ziyanın məbləği “tikinti və abadlaşdırma istisna olmaqla” və “tikinti və abadlaşdırma məqsədilə” qanun pozuntuları üzrə hesablanılır. Cinayət Məcəlləsində edilən dəyişikliyə uyğun olaraq dəymiş ziyan məbləği 1000 manat olduqda cinayət tərkibi hesab edilir. Belə olan halda təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndərilir.

İ.İbrahimova qeyd edib ki, qeyd olunan qaydalar, inzibati cərimə və ziyan tətbiqi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində yerləşən yaşıllıqlara şamil edilmir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çin alimlərindən önəmli kəşf: Yer planeti 24 saat günəş işığı ilə təmin olunacaq

Next Post

Bu günə olan məzənnələr – RƏSMİ

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bu günə olan məzənnələr – RƏSMİ

Bu günə olan məzənnələr – RƏSMİ

Yevlaxda eramızdan əvvələ aid “Bərəkət ilahəsi” tapılıb – FOTO

Yevlaxda eramızdan əvvələ aid “Bərəkət ilahəsi” tapılıb – FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.