
Yaponiyanın yanacaqdoldurma məntəqələrində artıq səkkiz həftədir ki, benzinin qiyməti artmaqda davam edir.
Elchi.az AZƏRTAC–a istinadən bildirir ki, buna səbəb kimi xam neftin qiymətinin bahalaşması göstərilir.
Yaponiyanın Neft Haqqında İnformasiya Mərkəzinin məlumatına görə, oktyabrın 22-də benzinin bir litrinin orta pərakəndə satış qiyməti 160 yen və ya təqribən 1,5 dollara bərabər olub. Bu, benzinin son 3 il 11 ayda ən yüksək qiyməti hesab olunur.
Xam neftin qiymətinin artım səbəbi kimi isə ABŞ-ın digər ölkələrdən İrana qarşı sanksiyalara qoşulmağı və noyabrdan başlayaraq bu ölkədən neft almamağı tələb etməsi göstərilir.





