"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlik rəsmisindən tənqid: “Sərnişindaşımada problemlər var”

31 Oktyabr 2018 - 17:09
in CƏMİYYƏT MANŞET

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

“Heç kimə sirr deyil ki, bir çox xidmət sahələrində olduğu kimi, avtomobil nəqliyyatı sahəsində, xüsusilə də yük və sərnişindaşımada müəyyən problemlər mövcuddur”.
Elchi.az modern.az-a istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov yük və sərnişindaşıma sahəsində qanunsuz sahibkarlıq, vergidən yayınma hallarına qarşı mübarizə tədbirlərindən danışarkən deyib.
O qeyd edib ki, bura qeyri-qanuni daşımalardan tutmuş vergidən yayınma hallarına qədər ən müxtəlif hüquq pozuntuları daxildir:
“Son vaxtlar bu sahədəki problemlərin aradan qaldırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin edilməsi istiqamətində kompleks tədbirlər görülür. Bu ilin iyununda Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanmış Razılaşma Protokoluna əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında vergi nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə müvafiq addımlar atılır.
Buraya avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində elektron əmtəə nəqliyyat qaiməsinin yaradılan «E-nəqliyyat» sisteminə inteqrasiyası, şəhərlərarası (rayonlararası) və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsinə düşən şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında nağdsız ödəniş sistemlərinin tətbiqi, eyni zamanda taksi daşımalarının milli taksi-çağrı proqram təminatı əsasında tənzimlənməsi daxildir. Bu məqsədlə bir sıra nüfuzlu məsləhətçi şirkətlərlə müzakirələr aparırıq”.
Nazirlik rəsmisi qeyd edib ki, digər dövlətlərin təcrübəsi ilə müqayisə etdikdə, Azərbaycanda istər sərnişin, istərsə də yük daşımaları sahəsində tənzimləmə mexanizmləri nisbətən zəifdir:
“Bildiyiniz kimi, Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı»nın tətbiq edilməsi Qaydaları»na əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətlərindən asılı olaraq, sadələşdirilmiş vergi kimi «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı» tətbiq edilir. Bu sahənin tənzimlənməli olan digər vacib elementləri, məsələn, daşıyıcıların maddi-texniki bazası, nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin və menecerlərin hazırlığı və digər məsələlər isə hələ ki, açıq qalır. Bütün bunlar isə daşıma xidmətlərinin keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Əgər biz avtomobil nəqliyyatında yük və sərnişin daşımalarının keyfiyyətini yüksəltmək istəyiriksə, hər şeydən əvvəl, bu cür çatışmazlıqların aradan qaldırılmasına nail olmalıyıq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bununla bağlı hazırladığı təkliflər, bir sıra normativ hüquqi aktlara ediləcək dəyişikliklərə dair layihələr aidiyyəti qurumlara təqdim olunub”.
Onun sözlərinə görə, bölgələrdə avtobuslarla sərnişin daşımaları həyata keçirmək istəyən şəxslər vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq, ilk növbədə «ASAN xidmət» mərkəzlərinə və ya Vergilər Nazirliyinin müvafiq qurumlarına müraciət edərək, həmçinin Vergilər Nazirliyi tərəfindən yaradılmış «Bir pəncərə» vasitəsilə vergi ödəyicisi kimi qeydiyyatdan keçməli və VÖEN almalıdırlar. Eyni zamanda, avtobus marşrutunda xidmət göstərmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə marşrut xəttinin istismarına dair müqavilə bağlanmalıdır.
Ümumilikdə avtobusla müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların vergiyə cəlb olunmasında elə də ciddi çətinliyimiz yoxdur. Əsas problemlər oturacaq yerlərinin sayı 8+1 və ondan az olan miniven tipli minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımalarının tənzimlənməsi ilə bağlıdır. Belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması, daşıyıcıların vergiyə cəlb edilməsi müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli məqsədilə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılır, onların təcrübəsi öyrənilir, ortaya çıxan probemlərin aradan qaldırılması üçün təkliflər hazırlanır.
Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, «Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Amma sərnişin və yük daşımaları sahəsində vergidən yayınmaya görə maliyyə sanksiyasının tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətlərinə aid olmaması müəyyən çətinliklər yaradır.
Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Vergilər Nazirliyi arasında imzalanmış Razılaşma Protokoluna uyğun olaraq, vergidən yayınma hallarının qarşısının alınması məqsədilə məsuliyyət müəyyən edən yeni normaların və nəzarət mexanizmlərinin hazırlanması istiqamətində işlər görülür. Eyni zamanda, yük və sərnişindaşıma xidməti göstərən sürücülərin vergidən yayınması hallarının aradan qaldırılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə mütəmadi reydlər keçirilir”.
H.Həsənov qeyd edib ki, bu ilin sentyabr ayında sərnişindaşıma xidmətlərindən dövlət büdcəsinə 284.641,81 manat daxil olub (2017-ci ilin sentyabrında bu göstərici 255.815,81manat təşkil edib).
“Respublika üzrə verilmiş fərqlənmə nişanlarının sayına gəlincə, bu, regionlar üzrə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Ümumi statistikaya əsasən, 2018-ci ilin sentyabrında ən çox fərqlənmə nişanı Abşeron rayonunda, ən az isə Quba rayonunda verilib”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azercell-in sponsorluğu ilə keçirilən “Hackathon-AzIn 2018″-in qalibləri bəlli oldu – FOTO

Next Post

Əli Həsənov: “Prezident şair Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb”

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post
Əli Həsənov: “Prezident şair Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb”

Əli Həsənov: "Prezident şair Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb"

Noyabrın ilk günü hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Noyabrın ilk günü hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.