
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Ağaevli və Fuad Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Kərimov 5 il və Ə.Ağaevli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalından həbs olunub.
Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi,
Qeyd edək ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunur.




