İspan
iyada uşaqlarının naxələfliyi üzündən onları mirasdan məhrum edən atanın vəsiyyəti ilə başdaşına “Alın sizə ata” mesajı yazılıb və bundan əlavə arqo hərəkət olan barmaq işarəsi qoyulub.
Elchi.az xarici mətbuata istinadən bildirir ki, İspaniyanın Ovula Bələdiyyə qəbiristanlığı bir ispan atanın qəbristanlıq səlahiyyətlilərinə verdiyi vəsiyyətin icra olunması ilə birlikdə məşhurlaşıb. Uşaqlarının vəfasızlığından şikayətlənən və onları mirasdan məhrum edən bu adamın ölümündən sonra qəbristanlıq səlahiyyətliləri onun vəsiyyəti ilə baş daşına “Alın sizı ata” mənasına gələn mesaj və əxlaqsız hərəkat olan barmaq içarəsi həkk ediblər.
Barmaq işarəsi olan məzar daşını görmək istəyənlər şəhərin qəbiristanlığına axın edərək fotoşəkil çəkməyə başlayınca Ovula bələdiyyəsi qəbiristanlıq ziyarətlərinə məhdudiyyət qoymaq qərarı verməli olub.
Ölən ispanın arzusu olaraq başdaşına həm də, “Kiminiz çiçəklər gətirərək, kiminiz isə dualar edərək məni ziyarət edəcəksiniz, amma səfərinizin sonu burada bitəcək. Sizi yanımda gözləyirəm” sözləri də əlavə olunub.



