"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zamirə Hacıyeva Britaniya mətbuatının “ulduzu”na necə çevrildi?!

01 Noyabr 2018 - 16:45
in aktual-banner, Banner, BannerVeteninfo, CƏMİYYƏT, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Onun xərcləmələri oğurlanan pulların cüzi bir qismidir

Böyük Britaniya mətbuatının yeni ulduzu var: onun evinin qarşısında növbə çəkib, hər addımını izləyirlər. Əyninə geyindiyi paltarlarını, ayaqqabılarını, aksesuarlarını, hətta itini qiymətləndirirlər. Söhbət hansısa aktrisadan, müğənnidən, şou-biznes əhlindən deyil, Zamirə Hacıyevadan gedir.

Beynəlxalq Banka 15 il rəhbərlik etmiş Cahangir Hacıyevin xanımı olan bu qadını dünyanın ən qocaman, ən güclü ölkələrinin birində, elə dünyada məşhur edənsə xüsusi qabiliyyəti, gördüyü müsbət işlər deyil, xərclədiyi korrupsiya pullarıdır. O pulların bir qisminin necə əldə olunduğu Azərbaycanda C.Hacıyev üzərində qurulan məhkəmə zamanı üzə çıxarılıb.

Hüquq-mühafizə orqanlarının rəsmi məlumatına görə, aparılmış istintaqla 2001-2015-ci illərdə C.Hacıyev özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açdıraraq həmin hesablara külli miqdarda pul vəsaitləri köçürüb. C.Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər. Onun Beynəlxalq Banka vurduğu  zərər ümumilikdə 211 milyon 597 min manat məbləğində qiymətləndirilib. Bu iş üzrə 15 illik həbs cəzası alan C.Hacıyev barəsində ikinci cinayət işi də qaldırılıb.

Mətbuatda yayılan məlumata görə, C.Hacıyevin üzərində hələ xeyli cinayət işləri var – çirkli pulların yuyulmasından mənimsəməyə qədər. Bu dəfə söhbətin milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedəcəyi gözlənilir.

Zamirə Hacıyeva ile ilgili görsel sonucu

C.Hacıyevin Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərdiyi deyilir.

Beləliklə, Z.Hacıyevanın Böyük Britaniyada sağa-sola səpdiyi pulların korrupsiya, dövlət vəsaitlərini mənimsəmə yolu ilə əldə olunduğu sübuta yetirilməkdədir. Eyni zamanda o da aydındır ki, Britaniyada xərclənən milyonlar hələ aysberqin görünən cüzi bir hissəsidir. C.Hacıyevin Britaniyaya məxsus ofşorlarda, digər ərazilərdə gizlətdiyi on dəfələrlə artıq vəsait hələ üzə çıxarılmayıb. Z.Hacıyeva məhz həmin vəsaitlərin hesabına bir idman ayaqqabısına 1209 manat, idman şalvarına 1153 manat, günəş eynəyinə 631 manat, əl çantasına  14 min 151 manat, nəhayət, itə 21 min 700 manat verə bilir. Hansı ki, Azərbaycanda öz təsərrüfatını qurmaq istəyən yüzlərlə gənc ailə bir inək almağa 1,5 min manat tapa bilmir. Minlərlə valideyn var ki, 100 manat verib məktəb paltarı ala bilmədiyinə görə uşaqları təhsilsiz qalır. Nə qədər insan 3-5 min manatlıq əməliyyatına pul tapmayıb vaxtsız dünyadan köçür.

Zamirə Hacıyeva ile ilgili görsel sonucu

Qeyd edək ki, Böyük Britaniyada qəbul edilmiş izah edilməyən sərvət sərəncamı qanun layihəsinin icrasına başlanılması Britaniya hökumətinin London və ölkənin bir çox yerlərində keçmiş sovet respublikalarından olan çirkli pulların sahiblərinə qarşı qanuni ölçülər götürəcəyindən xəbər verir. Ekspetlərin hesablamalarına görə, söhbət təxminən 4.4 milyard funt sterlinq dəyərində maliyyə və mülkdən gedir. Bunların sahibləri Rusiya, Azərbaycan, Qazaxıstan və digər postsovet ölkələrindən olan şəxslərdir. Bu baxımdan, Azərbaycanda korrupsiya yolu ilə əldə olunaraq Britaniya ərazisində saxlanan digər pulların da üzə çıxarılacağı vaxt uzaqda deyil. Eyni aqibətlə Avropanın digər ölkələrində saxlanan vəsaitlər də üzləşəcəklər. Çünki heç bir Avropa ölkəsi çirkli pulların toplandığı ərazi adını daşımaqla barışmayacaq. Təsadüfi deyil ki, İsveçrə bankı Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimovanın 750 milyon dollarlıq hesabını Özbəkistana qaytarmaq haqqında qərar qəbul edib. Bu o deməkdir ki, harada saxlanmasından asılı olmayaraq, korrupsiya yolu ilə qazanılmış var-dövləti geri qaytarmaq mümkündür.(musavat.com)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı gənclər xarici banklardan 178 min dollar oğurladı – FOTOLAR

Next Post

Azərbaycandan Türkiyəyə 6 ayda gedən xəstə sayı – 1 ayda azı 1000 nəfər

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycandan Türkiyəyə 6 ayda gedən xəstə sayı – 1 ayda azı 1000 nəfər

Azərbaycandan Türkiyəyə 6 ayda gedən xəstə sayı – 1 ayda azı 1000 nəfər

Avtomobil körpüdən aşdı – Bir ailənin 5 üzvü ağır yaralandı

Avtomobil körpüdən aşdı – Bir ailənin 5 üzvü ağır yaralandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.