"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lerikdə 11 nəfər 100 və daha yuxarı yaşdadır – FOTO

05 Noyabr 2018 - 14:58
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 “Hazırda Lerik rayonunda 1064 nəfər 80 və daha yuxarı yaşda olan insan yaşayır”.

Bunu “Report”a açqılamasında Lerik Rayon Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva deyib.

Onun sözlərinə görə, 110 nəfər 90 və daha yuxarı, 11 nəfər isə 100 yaş və daha yuxarı yaşdadır: “11 nəfərin içərisində üç nəfər 99 yaşındadır. Yəqin ki, onlar da artıq 100 yaşa keçiblər”.

Direktor qeyd edib ki, dağlıq rayonlarda yaşayan insanlar uzunömürlü olurlar: “Çünki dağın havası və suyu təmizdir. Həmçinin burada insanlar çox hərəkətdə olurlar. Eyni zamanda, dağlıq ərazilərdə yaşayan insanlar ağartı qida məhsullarına üstünlük verirlər. Burada həmçinin genetikanın rolu böyükdür”.

“Aparılan statistik hesablamalara görə, qadınlar kişilərə nisbətən daha uzunömürlü olurlar. Çünki onlar daha çox hərəkətdə olur və stress yaşayanda ağlayaraq hisslərini büruzə verə bilirlər”, – o əlavə edib.

D.Fətullayeva qeyd edib ki, Lerik Rayon Uzunömürlülər Muzeyi dünya üzrə yeganədir: “Rayonumuzda uzunömürlülər digər rayonlardan çoxdur və bu muzeydə uzunömürlülərin şəxsi əşyaları və onların fotoları var. Muzeydə 168 il ömür sürmüş Şirəli Müslümov (1805-1973), 150 yaş yaşamış Mahmud Eyvazov (1809-1959), 145 ilin şahidi Məcid Ağayev (1835-1978), 134 il ömür sürmüş Qızıl Quliyeva, 113 yaşı başa vurmuş Məhbubə Fətullayeva və digər uzunömürlülər haqqında stendlər yaradılıb. 90-a yaxın insana aid etnoqrafik materiallar – geyimlər, onlara yazılan məktublar, uzunömürlülük haqqında qəzet və jurnal materialları muzeydə qorunub saxlanılır”.

Xatırladaq ki, Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin hazırda fəaliyyət göstərən binasının açılışı olub. Muzey Talış dağlarının qoynunda yerləşən Lerik rayonunun mərkəzində yerləşir. Hazırda muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var.

Qeyd edək ki, müxtəlif KİV-ləri təmsil edən jurnalistlər Səhiyyə Nazirliyinin Lerik Rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur çərçivəzində adıçəkilən muzeyə də baş çəkiblər.









Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Burada gediş haqqı plastik qablarla ödəniləcək

Next Post

Prezident İlham Əliyev Ağdam rayonunda səfərdədir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Prezident İlham Əliyev Ağdam rayonunda səfərdədir

Prezident İlham Əliyev Ağdam rayonunda səfərdədir

Rza Zərrab Türkiyəyə ayaq basdığı anda saxlanılacaq – 3 illik həbs cəzası

Rza Zərrab Türkiyəyə ayaq basdığı anda saxlanılacaq - 3 illik həbs cəzası

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.