"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Londonda saxlanılan Zamirə Hacıyeva Azərbaycana gətiriləcək – ilginc faktlar

08 Noyabr 2018 - 15:24
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Həbsdəki keçmiş bankir arvadının başı dərddə; Hacıyevanın tutulması ilə bağlı yeni təfərrüat

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. “The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun 3 uşaq anası olduğunu söyləyib.

Vəkil xahiş edib ki, bunu nəzərə alaraq qadının həbsi girov əvəzində ev dustaqlığı ilə əvəz edilsin. O, vəsatətində göstərib ki, Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyununda baş tutacaq məhkəməyə qədər o, ev dustağı kimi Londonda qalmalıdır.

Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı “dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, Zamirə Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib. Barrister bununla razılaşmayıb: “Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu, heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.

Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyəri olan evdə yaşayır. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyirlər. O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Məhkəmədə məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır. O, 2 mənimsəmə ittihamı ilə üz-üzədir və noyabrın 1-də polisə təslim olduqdan sonra təcridxanada saxlanılır. Zamirə Hacıyevanın vəkilinin təqdim etdiyi apelyasiya şikayətinə bu gün Ali Məhkəmədə baxılacaq.

Zamirə Hacıyeva ile ilgili görsel sonucu

55 yaşlı bu qadın kimdir?

Zamirə Hacıyeva bir vaxtlar orta məktəb müəlliməsi işləyib. Ali təhsilini Moskvada alıb, rus dili və ədəbiyyatı müəllimidir. Orta məktəbdə dərs deyib. Ailə qurandan sonra çalışmayıb. Adı müxtəlif vaxtlarda mətbuatda hallanıb. Keçmiş bankir Cahangir Hacıyevin arvadı olduğu üçün oğurlanaraq 1 ay girov saxlanıb. Daha sonra MTN-in xüsusi əməliyyatı ilə azad edilib. 3 övlad anasıdır. 2 oğlu, 1 qızı var. 2 dəfə ailəli olub. Birinci nikahdan olan qızı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub. 2 oğlu hazırda Böyük Britaniyada “boarding school”da təhsil alır. Zamirə Hacıyevanın məhz övladlarına görə bu ölkədə yaşadığı deyilsə də, bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.

Yada salaq ki, həbsindən az əvvəl Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunmuşdu. Məlum olmuşdu ki, həmin zinət əşyalarını Londondakı “Christie’s” hərrac evində satılmaq üçün verilibmiş. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın 10 milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Məlum olub ki, 7 il əvvəl Britaniyanın Virgin adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Bu arada həmin mülkün fotoları da xarici və yerli mətbuatda yayılıb. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4 min funtdan çox xərcləmə deməkdir.

Zamirə Hacıyeva ile ilgili görsel sonucu

Cahangir Hacıyev Beynəlxalq Banka 2001-ci ildən sədrlik edirdi. 2015-ci ildə Beynəlxalq Bankla bağlı araşdırma başlanan zaman o da həbs edilib. O, mənimsəmə, vəzifə saxtakarlığı kimi bir neçə cinayətdə ittiham olunub, 15 il azadlıqdan məhrum edilib. Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550″ jet təyyarəsini aldığını da ortaya çıxarıb. Artıq Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib. Z.Hacıyeva zinət əşyalarını qeyri-qanuni satmaq cəhdi ilə əlaqəli istintaqa cəlb olunaraq saxlanılıb. Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır. Zamirə Hacıyevaya Böyük Britaniyada bu ölkənin Daxili İşlər Nazirliyi varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib. Həmin viza ləğv ediləcəyi təqdirdə Zamirə Hacıyeva Azərbaycana təhvil verilə bilər.

Zamirə Hacıyeva Beynəlxalq Bank işində mənimsəmə faktına görə təqsirləndirilir. 2016-cı il iyunun 1-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində axtarışlı həbs-qətimkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib. Böyük Britaniyada mühakiməsinin ardından Zamirə Hacıyevanın gələn ilin yayında Azərbaycana təhvil veriləcəyi gözlənilir. (musavat.com)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bakıda taksilərin sayı İstanbuldakından çoxdur” – BNA rəhbəri

Next Post

Azərbaycana idxal edilən sementə tətbiq edilən gömrük rüsumu dəyişdirildi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycana idxal edilən sementə tətbiq edilən gömrük rüsumu dəyişdirildi

Azərbaycana idxal edilən sementə tətbiq edilən gömrük rüsumu dəyişdirildi

Daş karxanalarında aparılan monitorinqlərin nəticələri açıqlanıb

Daş karxanalarında aparılan monitorinqlərin nəticələri açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.