"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

15 Noyabr 2018 - 11:19
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Abşeron yarımadasında yerləşən Bozdağ Qobu və Keyrəki vulkanları, onun ətrafında yaşayan insanlar üçün ciddi təhlükə yaradır.

Elchi.az bildirir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, palçıq vulkanları 2002-ci ildə “Xüsusi mühafizə olunan obyektlər və ərazilər” qanununa daxil edilməklə təbiət abidəsi statusu alıblar. 2015-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbii Qoruğu”nun yaradılması haqqında sərəncam imzalanıb. Beləliklə, vulkanların dağıdılmasının, zibillənməsinin və onların yanında yaşayış binalarının tikilməsinin qarşısı alınıb:

“Təəssüf ki, yenə də bəzən neqativ hallar qeyd alınır. 2001-ci ildə Binəqədi qəsəbəsinin yaxınlığındakı Keyrəki vulkanının mühafizə zonasında 3 fərdi ev var idi. İndi isə orada böyük yaşayış massivi əmələ gəlib”.

A.Əliyev Keyrəki vulkanının aktiv olduğunu və tez-tez püskürdüyünü də nəzərə çatdırıb.

O, həmin vulkanın sonuncu dəfə 2017-ci ildə püskürdüyünü xatırladıb:

“Keyrəki vulkanının ətrafında yaşayanların bəxti onda gətirib ki, o, püskürdükdə alov sütunları yaranmır, oradan çıxan qaz alovlanmır. Çünki çıxan qazın tərkibində karbon qazının faizi normadan artıqdır. Amma karbon qazının özü də orada yaşayanların sağlamlığı üçün çox ziyanlıdır”.

A.Əliyev qeyd edib ki, əvvəllər Bozdağ Qobu vulkanının kraterinin yaxınlığında cəmi 2-3 fərdi yaşayış binası olsa da, son 2-3 ildə oradakı evlərin sayı xeyli çoxalıb:

“Bozdağ Qobu vulkanı güclü püskürür. Bu vulkan 1999-cu ildə püskürdükdə oradakı dirək alovun təsirindən əyilmişdi, torpaqda Hökməliyə qədər gəlib çatan, 1200 metr uzunluğunda böyük çat yaranmışdı. Həmin püskürmə zamanı orada 3 ev vardı, biz təhlükəsizliklərinin təmini üçün onların oradan köçürülməsini məsləhət gördük, amma indi orada böyük yaşayış massivi əmələ gəlib. İnsanlar özləri də düşünməlidirlər ki, vulkan yaxınlığında yaşamaq qorxuludur. Bozdağ Qobu vulkanı bu dəfə də güclü püskürsə, nəticədə orada yaşayanlar xəsarət alacaqlar”.

Şöbə rəhbərinin sözlərinə görə, Şamaxı rayonunda bəzi vulkanların yaxınlığında evlər olsa da, həmin vulkanlar püskürmədiyindən onların Abşeron yarımadasındakı Bozdağ Qobu və Keyrəki vulkanları qədər qorxusu yoxdur.

Alim Bozdağ Qobu vulkanının krater sahəsinə yaxın ərazini məişət tullantıları ilə çirkləndirməsindən də narahatlığını bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib

Next Post

Düşmən atəşkəs rejimini 26 dəfə pozdu

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Düşmən atəşkəs rejimini 26 dəfə pozdu

Düşmən atəşkəs rejimini 26 dəfə pozdu

Kaliforniyada ölənlərin sayı 58 nəfərə çatdı

Kaliforniyada ölənlərin sayı 58 nəfərə çatdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.