"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Partiyalar yalnız dövlət qarşısında özlərini borclu bilməlidirlər”

30 Sentyabr 2014 - 21:55
in SİYASƏT MANŞET

Qüdrət Həsənquliyev: “Büdcədən ayrılan və istifadə olunmayan vəsait parlamentdə təmsil qudret_hesenquliyev41-300x260olunan digər partiyalar arasında bərabər əsaslarla bölünməlidir”

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Milli Məclisin dünənki iclasında “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi parlamentarilərin müzakirəsinə təqdim edilib. Təklif olunan dəyişikliyə görə, bir şəxsin bir il ərzində bir və ya bir neçə partiyaya verdiyi inanənin məbləğinin 10 min manatdan artıq olması qadağan olunur.
Qanuna dəyişikliklə bağlı müzakirələr zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bu dəyişiklikləri dəstəklədiyini bildirib: “Hesab edirəm ki, xüsusilə 19.7-ci maddədəki “şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min manatdan artıq ola bilməz” müddəası tamamilə doğrudur. Biz vaxtilə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsini müzakirə edərkən də mən söyləmişdim ki, əgər siyasi partiyalar ayrı-ayrı şəxslər, şirkətlər və ya maliyyə qrupları tərəfindən maliyyələşdirilirsə, o zaman həmin siyasi partiyalar öz fəaliyyətlərində daha çox həmin qrupların maraqlarını təmin etmək, onların lobbiçiliyi ilə məşğul olmaq zorunda qalırlar. Bu da sözsüz ki, dövlət mənafeləri baxımından düzgün deyil. Ona görə, indi də hesab edirəm ki, bir partiyaya bir şəxs 10 min manatdan artıq ianə verə bilməz”.
Millət vəkili parlamentariləri partiyalar üçün dövlət büdcəsindən ayrılan vəsaitə baxmağa da çağırıb: “Biz o vaxt çox mütərəqqi bir qərar qəbul etdik ki, partiyalar dövlət tərəfindən maliyyələşdirilsin və onlar yalnız dövlət qarşısında özlərini borclu bilsinlər. Düşünürəm ki, inanələrin maksimal həddi ilə bağlı müddəanı qanunvericiliyə daxil edəndən sonra biz gərək siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsini də baxaq və bu vəsaiti artıraq. Hörmətli həmkarım Siyavuş Hovruzov da bir məsələni gündəmə gətirib. Bizim qanunvericiliyə görə, büdcə təsdiq olunanda 3 faizdən çox səs toplayan partiyalar üçün maliyyə vəsaiti ayrılıb. Amma partiya 3 faiz səsi toplayıb parlamentdə təmsil olunmayıbsa, o vəsait istifadə olunmamış qalır. Faktiki olaraq o vəsait siyasi partiyalar üçün ayrılıb. Mən də hesab edirəm ki, bu halda o vəsait parlamentdə təmsil olunan digər siyasi partiyalar arasında bərabər əsaslarla bölünməlidir”.
Qüdrət Həsənquliyev partiyaların maliyyə hesabatları ilə bağlı məsələyə də toxundu: “Həmkarım İqbal Ağazadə də burada partiyaların maliyyə hesabatı ilə bağlı məsələyə toxundu. Mən də hesab edirəm ki, maliyyə hesabatı MSK-ya yox, əgər müvafiq araşdırmaların aparılması Maliyyə Hazirliyinin imkanları xaricindədirsə, ən azından Ədliyyə Hazirliyinə verilməlidir. Ona görə ki, MSK yalnız seçki prosesilə məşğul olan bir qurumdur. Amma siyasi partiyaları Ədliyyə Hazirliyi qeydiyyata alır, onların öz nizamnaməsinə, qanunlara əməl etməsinə o nəzarət edir. Hesab edirəm ki, o cümlədən maliyyə hesabatlılığı ilə bağlı və qanunlara hansı səviyyədə əməl olunması məsələsinə nəzarəti də Ədliyyə Hazirliyi həyata keçirə bilər. Amma MSK-nın bu məsələyə qatılmasını mən doğru saymıram”.
Daha sonra millət vəkili qanuna dəyişikliklə bağlı bir məsələyə də mütləq aydınlıq gətirilməli olduğunu bildirib: “Qanuna dəyişikliyə görə, vətəndaş bir partiyaya il ərzində 10 manatdan artıq inanə verə bilməyəcək, amma hansısa bir vətəndaş öz bahalı ofisini hansısa partiyaya icarə verirsə və illik icarə haqqı bu məbləğdən artıq olarsa, o halda qanun bu məsələni necə tənzimləyəcək? Düzdür, burada söhbət birbaşa ianədən getmir, amma hesab edirəm ki, bu məsələ də həllini tapmalıdır”.

Cavanşir Həsənli

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həbsdəki “Nida”çılardan İlham Əliyevə müraciət

Next Post

Polislər cəzalandırılıb

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Polislər cəzalandırılıb

İŞİD Böyük Britaniyaya nüvə zərbəsi endirə bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.