"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ramil Usubov: “Təhsildən yayınan uşaqlar qeydiyyata alınmalıdır”

30 Sentyabr 2014 - 22:20
in GÜNDƏM

a797a7e10647004aeeb555ce425bd056Bu gün Daxili İşlər Nazirliyində (DİN) “Daxili işlər orqanlarında qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi” və “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası” sahələrində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin fəaliyyətinin əsas prinsiplərindən olan qanunçuluq, insan hüquq və azadlıqlarına hörmətin cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində başlıca şərtlərdən, eləcə də yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğunu, nazirlik tərəfindən bu istiqamətlərdə davamlı şəkildə təşkilati-praktiki tədbirlər həyata keçirildiyini qeyd edib.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev çıxış edib. O, qeyd edib ki, son illər bu sahədə kifayət qədər səmərəli işlər görülüb, idarəçilik və təşkilatçılıq fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi, məsuliyyətinin artırılması, xidməti və icra intizamının möhkəmləndirilməsi üçün kompleks tədbirləri əks etdirən əmr, göstəriş və planlar hazırlanaraq icraya yönəldilib.

Azərbaycan Respublikası prezidentinin 2006-cı və 2011-ci illərdə imzaladığı sərəncamlar əsasında görülən işlər qanunçuluğun, o cümlədən insan hüquqlarının qorunması sahəsində fəaliyyətin keyfiyyətcə yeni müstəviyə keçməsinə, polisin nüfuzunun yüksəlməsinə, hüquq mühafizə və digər dövlət orqanları, o cümlədən ombudsman təsisatı ilə işgüzar əlaqələrin genişlənməsinə, vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq münasibətlərinin yaxşılaşmasına xidmət edib.

Belə ki, vətəndaş məmnunluğunun təmin edilməsi, cinayət və hadisələrə çevik reaksiya verilməsi, ictimaiyyətlə əlaqələrin səmərəli təşkili məqsədilə yaradılmış “102” xidməti, “Təhlükəsiz şəhər” sistemi, “Qaynar xətt”lər, elektron poçt ünvanı müvafiq sahədə qarşıda duran vəzifələrin uğurlu icrasını təmin etməkdədir.

BMT, ATƏT və Avropa Şurası, beynəlxalq əməkdaşlıq və beynəlxalq miqrasiya təşkilatları, Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də bu təşkilatların Azərbaycandakı müvafiq qurumlarının nümayəndələri ilə insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı nazirlikdə çoxsaylı görüşlər keçirilib. Son 10 ildə daxili işlər orqanlarının 5 mindən çox əməkdaşı müvafiq məsələlərə həsr olunmuş seminarlarda, treninqlərdə iştirak edib. Bildirilib ki, həyata keçirilən bu və digər tədbirlər qanunçuluğun möhkəmlənməsinə, fəaliyyətin müvafiq istiqamətində müəyyən müsbət nəticələrin əldə olunmasına xidmət edib.

Gündəlikdəki ikinci məsələ barədə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib ki, son illər insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, gənc nəslin hüquq və mənafelərinin müdafiəsi sahəsində həyata keçirilən tədbirlər yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə xidmət sahəsini də əhatə edib.

Ölkədə aparılan hüquqi islahatlar çərçivəsində “Uşaq hüquqları haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar da qəbul olunub, Azərbaycan uşaqların hüquqlarının qorunmasına dair müxtəlif beynəlxalq konvensiyalara qoşulub, bu sahəyə dair digər normativ-hüquqi aktlar hazırlanaraq icraya yönəldilib. Yeniyetmələr arasında hüquqpozmaların və baxımsızlığın profilaktikası, uşaq hüquqlarının müdafiəsi, habelə dövlətin köməyinə və qayğısına ehtiyacı olanların problemlərinin həlli yönümündə aidiyyəti dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələr genişləndirilib, birgə fəaliyyətin səmərəsi daha da yaxşılaşdırılıb.

UNICEF-in Azərbaycan nümayəndəliyi, BMT-nin Beynəlxalq Əmək və Səhiyyə təşkilatları, ATƏT-in Bakı ofisi və digər beynəlxalq qurumlarla birgə 30-dan artıq beynəlxalq konfrans keçirilib, bir neçə mərhələdə 400-ə yaxın əməkdaşın cəlb olunduğu treninqlər təşkil olunub.

Yetkinlik yaşına çatmayanların hüquq pozuntularına şərait yaradan halların profilaktikası üzrə polisin aidiyyəti xidmətləri tərəfindən dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə 1210 reyd və yoxlama keçirilib, hüquqi maarifləndirmə mövzusunda 400-ə yaxın görüş, yığıncaq və “dəyirmi masa” təşkil olunub. Eyni zamanda, yerli icra hakimiyyətləri yanında komissiyaların, səhiyyə, sosial müdafiə qurumlarının, kütləvi informasiya vasitələrinin 100-dən çox təmsilçisinin cəlb olunduğu, eləcə də 20 minə yaxın yeniyetmənin və onların valideynlərinin qatıldığı tədbirlərdə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpozmaların sosial-mənəvi aspektləri və hüquqi məsuliyyəti müzakirə edilib.

Çıxış edənlər müzakirə olunan məsələlərlə bağlı görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışıb, çatışmazlıqların qısa müddətdə aradan qaldırılacağını bildiriblər.

İclasa yekun vuran nazir əldə olunmuş uğurlardan arxayınlaşmamağı, peşəkarlığı, hər bir əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulayıb, konkret tapşırıq və tövsiyələrini verib.

R.Usubov ilk növbədə qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsinə yönəlmiş DİN-in əmr, Kollegiya qərarları və göstərişlərinin icrasının ciddi nəzarətdə saxlanılmasını, əməkdaşların qanunazidd hərəkətləri haqqında daxil olan müraciətlərin vaxtında və obyektiv baxılmasına, cinayət işlərinin istintaqı və məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı prosessual qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına, cinayət prosesi iştirakçılarının qanunla qorunan hüquq və mənafelərinin tam təmin edilməsinə nəzarət və tələbkarlığın artırılmasını, müvafiq qanunvericilik aktlarından, dövlət proqramlarından, nazirliyin kollegiya qərarlarından, əmr və göstərişlərindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsini, xidmətlərarası qarşılıqlı əlaqələrin səmərəli təşkilinin əhəmiyyətini qeyd edib.

O, eyni zamanda azyaşlılar tərəfindən törədilmiş cinayətlərin səbəb və şəraitinin müəyyən edilməsinin, vaxtında lazımi tədbirlərin görülməsinin, bu sahədə aparılan işlərin daxili normativ aktların tələblərinə uyğun qurulmasının, nəzarətsiz qalmış, hüquqpozmalara meyilli və təhsildən yayınan uşaqların zamanında aşkar edilib qeydiyyata alınmasının, zəruri qabaqlayıcı-profilaktik tədbirlərlə əhatə olunmasının, onların yenidən tərbiyəsi və hüquqlarının müdafiəsi yönümündə lazımi tədbirlər görülməsinin, habelə orta, orta-ixtisas və ali məktəblərdə narkotik vasitələrdən istifadənin zərərli nəticələri mövzusunda davamlı görüşlərin vacibliyini bildirib.

Daha sonra nazir bu il sentyabrın 24-də prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” imzalanmış sərəncamı xatırladaraq həmin sənəddən irəli gələn vəzifələrin ən yüksək səviyyədə icrasının, cəbhə bölgəsinin əhalisi arasında fəal izahat və maarifləndirmə işlərinin aparılmasının zəruliyini vurğulayıb.

R.Usubov diqqəti şəxsi heyət arasında mənəvi-psixoloji durumun, qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsinə və daha ciddi tədbirlərin görülməsinə cəlb edib. Xüsusi qeyd olunub ki, hər bir əməkdaş üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, anda, xidməti vəzifə borcuna daim sadiq olmaqla polisin şərəfli adını uca tutmalı, vətəndaşlarla münasibətdə nəzakətli davranış nümayiş etdirməli, polis-vətəndaş münasibətlərini möhtərəm dövlət başçısının tələb etdiyi yüksək səviyyədə təmin etməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD Böyük Britaniyaya nüvə zərbəsi endirə bilər

Next Post

“Qarabağ”ın İtaliyada ilk məşqi – (Fotolar)

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

“Qarabağ”ın İtaliyada ilk məşqi - (Fotolar)

Stadion futbola deyil lüm-lüt soyunan manikenə baxdı - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.