"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünya yeni neft şokuna hazır olmalıdır – Ekspertdən PROQNOZ

23 Noyabr 2018 - 13:58
in İQTİSADİYYAT

Dünya yeni neft şokuna hazır olmalıdır - Azərbaycan risk edir - Ekspertdən PROQNOZ

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

“Gözlənildiyi kimi, neftin qiymətində azalmalar davam etməkdədir. Oktyarbın əvvələrində Brent markalı neftin bir bareli 86 dollardan baha satılanda neftin qiyməti yüksək olsa da, dayanıqlı olmadığını və yaxın zamanlarda 70 dollardan aşağı düşsə təəccüblənməməyi bildirmişdik”.

Elchi.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov “Facebook” səhifəsində dünya bazarında neftin ucuzlaşmasını şərh edərkən bildirib.

Ekspert deyib ki, İrana tətbiq edilən sanksiyaların yeni mərhələsində ABŞ-ın 8 ölkəyə “yandırdığı yaşıl işıq” da göstərdi ki, okeanın o tayında neft bazarındakı siyasi dalğalanmaları belə, tənzimləyə bilirlər.

“Oktyabrdan bəri 20 faizə yaxın dəyər itirən “qara qızıl”ın qiymətinin hətta indiki intervalda stabilləşəcəyinə inanların sayı azalıb. Neft qiymətindəki azalmalar nə ilə bağlıdır və nə qədər davam edə bilər? 2014-cü ilin “neft şoku” yenidən təkrarlana bilərmi?”.

V.bayramov deyir ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi qlobal təklif artıqlığı ilə bağlı olsa da dünya iqtisadiyyatındakı geriləmələr də “qara qızıl”a tələbi azaltmaqla yanaşı, bazara psixoloji təsirlər də etməkdədir.

“Qiymət azalmaları məhz Çin birjalarında səhmlərin qiyməti aşağı düşməyə başladıqdan sonra sürətləndi. Bu qlobal böhran və bu kontekstdən neftə tələbin kəskin azala biləcəyi mesajı idi. ABŞ-ın 8 ölkəyə İran neftini idxal etməkdə istisna tətbiq etməsi də neft bazarının sanksiyaların qıtlıq yaradacağı gözləntilərinin üstündən xətt çəkdi. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin üçünncü rübündə neftə olan gündəlik tələb 99.8 milyon barel, təklif isə 100.74 milyon barel olub. Rəqəmləriin sadə müqayisəsi bazardakı vəziyyəti qiymətləndirməyə kifayət edir.

Dünən JP Morgan şirkəti Brent markalı neft üçün qiymət proqnozunu 2019-cu il üçün hər bareldə 10 dollar aşağı salıb. Neftin qiymətinin 2019-cu ildə əvvəllər 83 dollar olacağını düşünən JP Morgan ekspertləri indi 73 dollar orta qiymət proqnozlaşdırırlar. Amma qiymət azalmaları davam edəcəyi halda, gələn il üçün proqnozun daha da azaldılacağı istisna edilmir.

Qiymət azalmalarına görə, Səudiyyə Ərəbistanına təşəkkür edən və aşağı qiymətlərin “dadını çıxartmağa” səsləyən Tramp əslində ABŞ-ın adını da öz twitində qeyd etməli idi. 2018-ci ildə hasiltatı kəskin artıran ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Hətta yaxın gələcəkdə ABŞ-ın Səudiyyə neftinə ehtiyacının qalmayacağı da proqnozlaşdırılır”.

Ekspertin sözlərinə görə, OPEC 2014-cu il “neft şokunun” təkrarlanmasına imkan verməməyə çalışsa da, neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir.

“Digər tərəfdən neftin bir barelinin daha 10 dollar aşağı düşməsi və bir müddət həmin intervalda qalması dünyada yeni şokun yaradılması üçün yetərlidir. Əslində gələn il neft bumu proqnozlaşdıranlar yeni qiymət şokuna hazır olmalıdırlar. Doğrudur, OPEC+ gələn ay neft hasilatını azaltmaqla bağlı razılaşma əldə etməyə çalışır. Amma hələlik bu potensial məhdudiyyətlər də bazardakı vəziyyətin kardinal dəyişməsi üçün yetərli deyil.

Neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda 2019-cu il üçün Azərbacycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur. Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlilərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür.. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır.

Beləliklə, neft bazarı ilin son ayında heç də nikbin əhval-ruhiyyə ilə yaxanlaşmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə və alternativsiz yolu olaraq qalmaqdadır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İnzibati Xətalar Məcəlləsinin maddələrindən biri ləğv edilir

Next Post

“Azərenerji” elektrik enerjisi istehsalını artırıb

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
“Azərenerji” elektrik enerjisi istehsalını artırıb

“Azərenerji” elektrik enerjisi istehsalını artırıb

SOCAR İstanbulun yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacaq

SOCAR İstanbulun yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.