
“Report”un məlumatına görə, bu barədə yerli “Press TV” məlumat yayıb.
Daha əvvəl təbii hadisə zamanı 513 nəfərin xəsarət aldığı bildirilirdi. Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.
****
“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar Kermanşah vilayətində qeydə alınıb.
Bildirilir ki, yeraltı təkanlar 6,4 bal gücündə olub. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.
Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.








