
“Report”un Kiyev bürosunun verdiyi məlumata görə, konfransda Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad Rafiq oğlu İbrahimov Federasiyanın vitse -prezidenti vəzifəsinə seçilib. Konfrans ərəfəsində Çernovtsıda ümumölkə kikboksinq yarışı da keçirilib.
Bu vəzifədə buna qədər erməni mənşəli şəxs olub. O, bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.











