"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropa İttifaqı Rusiya üzərindəki sanksiyaları saxladı

01 Oktyabr 2014 - 12:01
in SİYASƏT

Avropa İttifaqı hesab edir ki, Rusiyanın təşəbbüsü ilə Ukraynada əldə edilmiş sülh razılaşması kifayət qədər səmərəli deyil.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

66073_res_01Ötən çərşənbə axşamı görüşən Aİ diplomatik səfirləri qeyd ediblər ki, sentyabrın 5-dən bəri razılaşdırılmış atəşkəs sazişi “hadisələrin müsbət inkişafıdır”, lakin sazişin başqa hissələri “lazımınca tətbiq olunmalıdır”.

Aİ-nin Ukraynadakı böhranla əlaqədar Rusiyaya qarşı sanksiyaları ölkənin vəzifəli rəsmiləri ilə yanaşı, neft sənayesini, müdafiə sənayesi şirkətlərini və bankları hədəfləyir.

Qərb hökumətləri və rəsmi Kiyev Rusiyanı Ukraynanın şərqindəki separatçıları ağır silahlarla və canlı qüvvə ilə təchiz etməkdə günahlandırır.

Moskva bu iddiaları rədd edir.

Aİ-nin və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ötən martda, bu ölkənin Ukraynanın Krım yarımadasını ilhaq etməsindən bəri tətbiq olunmağa başlayıb.

Atəşkəs pozulmaqda davam edir

Xəbər verilir ki, aprel ayından bəri şiddətli döyüşlərin getdiyi Luqansk və Donetsk vilayətlərində 3200 nəfər həlak olub.

Sentyabrın 5-də tərəflər atəşkəsə və 30 kilometrlik bufer zolağının yaradılmasına razılaşıblar.

Bununla belə, artəşkəs razılaşması pozulmaqda davam edir.

Ötən bazar ertəsi Donetsk hava limanı yaxınlığında atəşkəsin elanından sonra gedən ən ağır döyüşdə azı 7 Ukrayna hərbçisi həlak olub.

Xəbər verilir ki, əsgərlər zirehli maşının atəşə tutulması nəticəsində həlak olublar.

Çərşənbə axşamı Donetsk aeroportu yaxınlığında ağır bombardman davam edib.

Ötən həftə Ukraynanın baş naziri Arseniy Yatsenyuk BMT Baş Assambleyasındakı çıxışında demişdi ki, Rusiya qoşunları hələ də şərqi Ukraynadadır.

Baş nazir Qərbi, onun ölkəsi ərazi bütövlüyünü bərpa edənədək Rusiya üzərindəki sanksiyaların saxlanmasına çağırmışdı.

ABŞ və Aİ bəyan ediblər ki, Rusiya üzərindəki sanksiyalar Ukraynadakı vəziyyətin yalnız radikal şəkildə yaxşılaşacağı təqdirdə qaldırıla bilər.

Qərb Rusiya enerjisindən tam imtina edə bilər

Ötən bazar ertəsi Almaniya kansleri Angela Merkel bəyan etmişdi ki, Rusiya Ukraynanın şərqində beynəlxalq qanunun təməl prinsiplərini pozmaqda davam edərsə, onun ölkəsi və Aİ Rusiya ilə enerji sahəsindəki əməkdaşlığa ümumiyyətlə yenidən baxa bilər.

O deyib ki, hazırda Rusiya üzərindəki sanksiyaları yumşaltmaq üçün əsas yoxdur.

Angela Merkel bildirib ki, atəşkəsin özünün bərqərar edilməsi bir yana, Luqansk və Donetsk regionunun gələcək statusu və mərkəzi Ukrayna hökuməti ilə münasibətləri məsələsi açıq qalır.

“Luqansk və Donetsk regionlarında sərhəd üzərində nəzarət, bufer zonası və ya sanksiyaların qalsdırılması barədə yenidən düşünməyə əsas verəcək başqa şərait yoxdur” – deyib xanım Merkel (“Azadlıq” radiosu).

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putinin sevgilisi “Milli Media Qrup”u Direktorlar Şurasının sədri seçildi

Next Post

“Premium Avro-95” markalı benzinin qiyməti ucuzlaşıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

“Premium Avro-95” markalı benzinin qiyməti ucuzlaşıb

Zakir Qaralov yazıçı Rafiq Tağının qatillərinin tapılmamasından narahatdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.