"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Son 50-100 il ərzində Azərbaycana qışlamaq üçün gələn quşların sayı azalıb

05 Dekabr 2018 - 09:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda bəzi yerlərdə yaşayış yerlərinin salınması və göllərin qurudulması ölkəmizə qışlamaq üçün köç edən quşların sayının azalmasına təsir göstərib.
Elchi.az bildirir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri, dosent Elçin Sultanov deyib.
E.Sultanov bildirib ki, vaxtilə Kürdəmir rayonundakı Qarasu gölünün ətrafında yüzminlərə quş qışlayırdı. Lakin bu gölün qurudulması nəticəsində həmin quşlar ovlamaq üçün başqa yerlərə getməyə məcbur olublar.
Mütəxəssis analoji vəziyyətin digər göllərdə də müşahidə edildiyini söyləyib:
“Əvvəl Ağgöl kiçik bir göl idi, indi isə o böyüdülüb, onun yanındakı Mehman gölü isə böyük göl idi, indi o quruyub. Əvvəllər Hacıqabul gölünün ətrafında da quşlar qışlayırdı. İndi bu göl də quruyub. O, bərpa edildikdən sonra orada xeyli quş qışlayacaq. Ümumilikdə təbiətdə göllərlə bağlı bu cür dəyişikliklər daim baş verdiyi üçün qışlayan quşlar da köç yerini dəyişirlər. Quşların qışlaması ilə bağlı böyük problemlərdən biri də İraqın keçmiş prezidenti Səddam Hüseyn tərəfindən bataqlıq göllərin qurudulmasından sonra yarandı. Həmin göllərdə qışlayan quşlar yersiz qaldıqları üçün ora-bura dağılmağa başladılar. Bəlkə bu səbəblərdəndir ki, ümumi dünya populyasiyalarında quşların sayının azalması baş verdi”.
Bakının ətrafında da xeyli quşun qışladığını söyləyən alim bildirib ki, əvvəllər Ələt limanının tikildiyi ərazidə 60 min quş qışlayırdı:
“Lakin bu liman tikildikdən sonra həmin quşları orada görmürük. Liman tikintisi təbii ki, onları hürküdüb və onlar başqa yerə köçüblər”.
E.Sultanov bildirib ki, Azərbaycana miqrasiya edərək burada qışlayan quşların sayı əsasən hava şəraitindən asılı olaraq dəyişir.
Digər ölkələrdə qış çox sərt keçdikdə Azərbaycana daha çox quşun gəldiyini deyən ornitoloq qeyd edib ki, tədqiqatlar aparılmadığı üçün ölkəyə miqrasiya edən quşların dəqiq sayı bilinmir. Lakin müşahidələrə əsasən, son 50-100 il ərzində Azərbaycana miqrasiya edən quşların sayının azaldığını söyləmək olar:
“Sözsüz ki, 50-100 il əvvəl Azərbaycana daha çox sayda quş miqrasiya edirdi. Bu, birbaşa dünyada baş verən iqlim prosesləri ilə bağlıdır”.
Azərbaycana miqrasiya edən quşların daha çox Rusiyadan gəldiyini deyən E.Sultanov əlavə edib ki, ölkəmizə miqrasiya edən quşlar üçün çox böyük qışlama yerləri var. Ancaq quşların təxminən yarısı Xəzər dənizinin kənarında qışlayır. Onların qışlaması üçün ən əhəmiyyətli yer isə Qızılağac Milli Parkıdır.
Cəmiyyət sədri Qızılağac Milli Parkının yalnız Azərbaycanda deyil, keçmiş SSRİ məkanında ən böyük qışlama, Avropada isə ən böyük qışlama yerlərindən biri olduğunu nəzərə çatdırıb.
İqlim şəraitinə görə Azərbaycana ilin böyük hissəsində quşların miqrasiya etdiyini deyən E.Sultanov əlavə edib ki, quşların ölkəmizə payız miqrasiyası avqustun sonlarından başlayır və dekabrın 15-dək, bəzən isə yanvaradək davam edir. Azərbaycana gəlmiş quşlar fevralın ortasından iyuladək olan müddət ərzində yenidən geri qayıdırlar:
“Hələlik hava mülayim keçdiyi üçün ölkəmizə çox quş gəlməyib. Amma hava daha da soyuqlaşmağa başladıqdan sonra daha çox sayda quşlar, xüsusilə su quşları gəlməyə başlayacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daun sindromlu uşaqlar necə sosiallaşırlar?

Next Post

Samir Şərifov: “Bu il ARDNF-nin aktivləri 2,5 mlrd. dollar artacaq”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Samir Şərifov: “Bu il ARDNF-nin aktivləri 2,5 mlrd. dollar artacaq”

Samir Şərifov: “Bu il ARDNF-nin aktivləri 2,5 mlrd. dollar artacaq”

Mövqelərimiz müxtəlif istiqamətlərindən atəşə tutuldu

Mövqelərimiz müxtəlif istiqamətlərindən atəşə tutuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.