Türkiyə regionda İŞİD silahlıları və digər terrorçu təşkilatlara qarşı mübarizə aparacaq, ancaq Suriya prezidenti
Bəşər Əəsdin hakimiyyətdən kənarlaşdırılması hədəfinə də sadiq qalacaq. Musavat.com-un Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin bugünkü iclasında bəyan edib.
Bəşər Əəsdin hakimiyyətdən kənarlaşdırılması hədəfinə də sadiq qalacaq. Musavat.com-un Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin bugünkü iclasında bəyan edib.“Biz İŞİD-ə, bölgədəki başqa terrorçu təşkilatların hamısına qarşı effektli şəkildə mübarizə aparacağıq. Bu, həmişə bizim üçün prioritet olacaq”, – deyə Ərdoğan çıxışında vurğulayıb.
“Biz habelə Suriya rejiminin devrilməsi, Suriyanın ərazi bütövlüyünün bərpasına kömək və bütüm vətəndaşları əhatə edən konstitusiyalı, parlamentli hakimiyyət sisteminin qurulmasına yardım kimi məqsədlərimizə prioritet diqqət ayırmaqda da davam edəcəyik” – əlavə edib Türkiyənin dövlət başçısı.



