
Bu video çarx Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığının qarşısının alınması və cavab tədbirləri” adlı layihəsi çərçivəsində hazırlanmışsır. Layihənin əsas məqsədləri məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılıq hallarının qarşısının alınması, bu məqsədlə mövcud milli mexanizmlərin gücləndirilməsi və cavab tədbirlərin həyata keçirilməsi ilə bağlı maarifləndirilmənin genişləndirilməsidir.
Bu gün ölkədə qəbul edilən strategiyalar humanitar yardımdan inkişaf proqramlarına keçidləri hədəfləyir. Bütün bu səylərə baxmayaraq məcburi köçkünlər, hətta yeni yaşayış məntəqələrində yaşayanlar hələ də sosial-iqtisadi xarakter daşıyan çətinliklərlə üzləşirlər. Bu, işsizlik, erkən nikahlar, məişət zorakılığı və digərləri əhatə edir. Bu cür problemlər qısa müddət ərzində ənənəvi şəkildə həll edilə bilməz və nəticədə yenilikçi və real üsullar tələb olunur. Həyata keçirilən layihə dövlət qurumlarının, beynəlxalq təşkilatlarının, ictimaiyyətin və yerli icmanın birgə iştirakı ilə məlumatlılığın artırılmasına və mövcud problemlərin həllinə xidmət edir.
Bu məqsədlə layihədə mətbuat və sosial media vasitəsi ilə ictimai təhsil komponenti nəzərdə tutulub və “Qadınlara qarşı zorakılığa YOX deyək!” adlı video çarx hazırlanmışdır.





