"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazir Azad Rəhimov qohumunun qatilini ömürlük həbsə yollatdıra bilər

13 Dekabr 2018 - 14:58
in CƏMİYYƏT, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bakıda “Buta Palace”nin art direktoru Ramiz Taxvelinin öz həyat yoldaşın Adelya Taxvelini 5-ci mərtəbədən eyvandan atması cinayəti ilin ən dəhşətli olayı kimi müzakirə olunur. Güclü narkotikin təsiri altında olan Ramiz Txaveli gecə yarısı xanımını eyvandan aşağı atıb.

Qadın ağır travmalar alıb, hadisə yerində canını tapşırıb. Dəhşət saçan cinayət hadisəsi dekabrın 11-də gecə saat 3 radələrində Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 51 ünvanında baş verib. 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə atılan qadın 2 uşaq anası olub.

Adelya Taxveli gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur. 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır. Gənc xanım Amerikada təhsil alıb. Həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan 2 uşağı var. Deyilənə görə, cütlüyün toyunda nazir A.Rəhimov ailəsi ilə birgə iştirak edib. Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova tibb elmləri doktorudur, hazırda Azərbaycan Tibb Universiteti, 1-ci Uşaq xəstəlikləri kafedrasının müdiri işləyir. Adelyaya da onun adını qoyublar.

Atası Azər Namazov isə ixtisasca həkimdir. Olaydan sonra hadisə yerinə gələn istintaq qrupu üzvləri Ramiz Pərviz oğlu Taxvelinin avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana götürüblər. Ramiz Taxvelinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/59.48 saylı tibbi müayinəsi zamanı Taxveli Ramiz Pərviz oğlunda THC marixuana və BAR (barbiturat) qəbulu nəticəsində yaranmış psixi davranış pozuntusu aşkar olunub. Ramiz Taxveli izahat verərkən həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən atdığını etiraf edib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Ramiz Taxveli tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir. Qətlə yetirilən Adelya isə 2013-cü ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. Kollektiv daxilində kifayət qədər sevilən, konfliktsiz əməkdaş olub.

Olaydan sonra dartışılan mövzulardan biri də Ramiz Txaveliyə veriləcək cəza ilə bağlıdır. Əksəriyyət ona ömürlük cəza verilməsinin tərəfdarıdır.

Sabiq polis rəisi Mahmud Hacıyev baş verən dəhşətli olayla bağlı “Yeni Müsavat”a deyib ki, narkotik vasitənin təsiri altında cinayət törədən şəxslər cəmiyyətdən təcrid olunmalıdır: “Belə hallarda yanaşma bir qədər fərqlidir. Araşdırmaq lazımdır ki, adam ”şiravoy”, yəni pis formada narkoman olub, yoxsa təzə başlayan narkotik istifadəçisidir. Ola bilər “lomka”sı tutub, belə bir ağır cinayət törədib. “Lomka”sı tutan narkomandan başqa nə gözləmək olar?! Cinayət və yenə də cinayət! Yəni söhbət qısqanclıq, qisasçılıq, xuliqanlıq zəminində törədilən cinayətdən getmir”.

Mahmud Hacıyev deyir ki, narkomanlarla bağlı birmənalı yanaşmanın ortaya qoyulması çətindir: “Narkomandır deyib cəmiyyətdən silmək olmur, narkomandır deyib, yola vermək də mümkün deyil. Xaricdə, sivil hüquqi dövlətlərdə belə adamlara bədbəxt, xəstəhal adamlar kimi baxırlar. Belə adamlar cinayət törədəndə onları qatı cinayətkar kimi də qəbul etmirlər. Bu adamlar xəstədirlər və çalışırlar ki, cəmiyyətdən təcrid edib müalicə etsinlər. Sivil ölkələrdə belə adamların dəqiq siyahıya alınması aparılır, hansı mərhələdə olması – başlanğıc, illərin narkomanı olub-olmaması, neçə dəfə müalicə edilməsi, müalicənin effektivliyi və s. məqamlar nəzərə alınır. Belə adamların üzərində xüsusi nəzarət olur. Müalicəsi effekt verməyənlər xüsusi hərbiləşdirilmiş klinikalarda saxlanılırlar. Müalicə olmayanlar ömürlərinin axırına qədər orada saxlanılırlar. Belə adamlar vəhşi heyvan kimi olurlar. Maddəni qəbul edə bilməyəndə ”lomka”sı tutur”.

Mahmud Hacıyev deyir ki, heç bir halda narkoman olması şəxsi törətdiyi ağır cinayətin məsuliyyətindən azad edə, onun vəziyyətini yüngülləşdirən hal kimi qəbul edilə bilməz.

İndi gözlər Azad Rəhimovdadır. Hər kəs bu olayla bağlı nazirin necə davranacağını maraq edir. Təbii, ailənin hazırda ağır günləridir, gənc bir qadın heç nədən həyatını itirib. Qadının həyat yoldaşının narkoman olduğunu yəqin ailədə hər kəs bilib. Fəqət bunu bilə-bilə gənc qadının və iki azyaşlı uşağın narkomanla eyni evdə yaşamasına göz yummaq ciddi mənəvi məsuliyyət yaradır. Zamanında qadının valideynləri bu işə müdaxilə edib, qızlarını narkoman kürəkəndən ayırmalı, təhlükəsizliyinin qeydinə qalmalıydılar. Amma bəzi saytlar yazır ki, Adelyanın valideynlərinin münasibəti normal olmayıb. Onların arasında mülkə görə məhkəmə çəkişməsi varmış. Görünür, valideynlərin başları aralarında davaya qarışdığından övladlarının necə bir təhlükəli həyatın içində olduğunu unudublar.

Bəzi iddialara görə, gənclər və idman naziri baş verən olayı ciddi diqqətdə saxlayır. Deyilənə görə, o, qohumlarına bildirib ki, hüququn imkan verdiyi həddə qədər, xalasının nəvəsinin qatilinə məhkəmədə ən ağır cəzanın verilməsinə nail olmağa çalışacaq. O da bildirilir ki, ailə buna görə hətta xaricdən nüfuzlu vəkillərin dəvət olunması variantını da gözdən keçirir.

Mahmud Hacıyev də bu istiqamətdə maraqlı fikirlər deyib. Sabiq polis rəisi bildirib ki, qatil “Şiravoy” narkomandırsa, o, həbsə düşüb çıxandan sonra da cinayət törətməyə meylli olacaq: “Bunlar elə bir məxluqdur ki, azadlıqdan məhrum olunma yerində də maddəni tapıb istifadə edə bilirlər. Bu adamları azadlıqdan məhrum edib həbsə göndərirlər ki, tərbiyə alsın, orada da narkotik tapıb istifadə edir. Həbsdən çıxandan sonra isə belələri daha da aqressiv olur, bir az da cəmiyyətə qarşı nifrət hissi güclənir. Ona görə də belələrini, xarici ölkələrdə olduğu kimi, məcburi qaydada müalicəyə göndərib, oradan buraxmamaq lazımdır. Ömürlük olaraq cəmiyyətdən təcrid olunanlar da olur. Azərbaycanda isə belə effektiv müalicə müəssisəsi yoxdur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya XİN: Moskva və Bakı strateji tərəfdaşlıq əlaqələri qurur

Next Post

ATƏT Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
ATƏT Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirdi

ATƏT Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirdi

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.