"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Eyyub Hüseynovdan SOS: “Restoranlarda insanlara ən təhlükəli qidalar təklif olunur”

17 Dekabr 2018 - 14:40
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Eyyub Hüseynovdan SOS: “Restoranlarda insanlara ən təhlükəli qidalar təklif olunur…”

Son zamanlar paytaxt ərazisində restoranların fəaliyyətinə ciddi nəzarət var. Xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi restoranların havanı çirkləndirməyinə qarşı sərt mübarizə apararaq, lazımi nəticələrə gəlməkdədir.

Ölkə başçısının sərəncamı ilə Ekologiya və Sərvətlər Nazirliyi məhkəməyə müraciət etmədən, havanı çirkləndirən, müvafiq təmizləyici qurğu quraşdırmayan restoran sahiblərini cərimələyə bilər. Bu xüsusda müəyyən addımlar da atılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb. Bu barədə məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb. İki restoran məhkəmənin qərarı ilə bağlanıb. Onlar “Özkardeşlər” və “Qızıl balıq” adlı iaşə obyektləridir”. İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür.

Bəzi restoranların təkcə havanı deyil, insanları da zəhərləməsi ilə bağlı indiyə qədər yetərincə məlumat yayılıb. Söhbət mənşəyi məlum olmayan ətlərdən gedir ki, əksər hallarda bu ətlərin son duracağı restoran mətbəxləri olur.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, insanların sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mələsə ilə bağlı bildirilib ki, növbəti belə tədbir dekabrın 13-də Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Ağcabədi rayonu ərazisində keçirilib.

Rayonun Avşar kənd sakini Məzahir Rüstəmova məxsus həyətyanı sahəyə baxış zamanı oradan mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan 170 kiloqram ət aşkarlanıb. Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

“Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynov bildirdi ki, əslində restoranlarla bağlı ciddi tədbirlər görmək lazımdır. Ekspertin fikrincə, bu işlərin hamısı Daxili İşlər Nazirliyinə həvalə edilməlidir: “Əhali məndən hər dəfə soruşur ki, nə üçün aşkar edilən leş ətlərin sifarişçisi tapılmır. Yəni məlumdur ki, bir şeyin tələbi olmasa, təklifi də meydana çıxmaz. Kimdir bunu tələb edənlər? Mənə elə gəlir ki, bu məsələlərdə Daxili İşlər Nazirliyinə maneə olanlar var. Deyim ki, bu sahədə ən uğurlu iş Daxili İşlər Nazirliyi tərəfindən aparılır. Digər dövlət orqanları deyirlər ki, hər əti satmaq olar. Yəni sən at, eşşək, it əti də sata bilərsən. Yalnız bu şərtlə ki, həmin məhsulun üzərinə yazasan ki, nə ətidir. Bu mövqe ilə qəti şəkildə razı deyiləm. Yalnız Daxili İşlər Nazirliyi belə şeyləri ifşa edən zaman, onu ekspertizaya göndərir, hüquqi addımlar atır. Yəni bu qurumun mövqeyi digərləri kimi deyil. Ona görə də nazirliyə məsələ ilə bağlı məncə təzyiq edənlər var. Hər zaman təklif etmişəm ki, məsələ birbaşa olaraq Daxili İşlər Nazirliyinə həvalə edilsin. Bəli, restoranlarda problemlər yaşanır. Bu, heç kimə sirr deyil”.

Ekspert bildirib ki, istehlakçı olaraq özüm-özümüzü aldadırıq: “Bütün dünya istehlakçıları özlərini aldadır. Bunu Beynəlxalq İstehlakçılar Təşkilatının Azərbaycan nümayəndəsi olaraq deyirəm. Kim bizim ömrümüzün uzunluğu barəsində düşünür? Hansı ölkə istəyər ki, onun vətəndaşlarının 50 faizinin ömrü uzun olsun və onlara pensiya ödənilsin. Bunu, heç bir ölkədə istəmir. İstehlakçıları aldatmaq üçün dünyada işlər gedir. Guya həkimlər, dövlətlər dünyada insanların ömrünü uzatmaq üçün işlər aparırlar. Əslində isə bu, belə deyil. Problem Azərbaycandan da yan keçməyib. Məsələ kapitalizmin nəticəsidir. Bəli, restoranlarda insanlara ən təhlükəli məhsullar təklif olunur. Şadlıq evlərində iş başlayan zaman isə dövlət məmuru evinə yatmağa gedir. Ona görə də nəzarət zəifdir. Ölkə başçısı da dəfələrlə bildirib ki, həyatın bütün sahələrində  ictimai nəzarət lazımdır – o cümlədən bu sahədə. Nə qədər ki, ictimaiyyətlə iş aparılmır, bu problem var, olaraq qalacaq. Restoranlarda tüstü ilə yanaşı, bu məsələ də qabardılmalıdır. Çünki əsas məsələ elə budur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yanvardan maşın bazarında bahalaşma sürətlənəcək – SƏBƏB

Next Post

Bu ilin 9 ayında Azərbaycandan 2 mlrd. dollardan çox kapital çıxarılıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bu ilin 9 ayında Azərbaycandan 2 mlrd. dollardan çox kapital çıxarılıb

Bu ilin 9 ayında Azərbaycandan 2 mlrd. dollardan çox kapital çıxarılıb

DTX və DSX-dan Yardımlıda birgə əməliyyat: Saxlanılanlar var

DTX və DSX-dan Yardımlıda birgə əməliyyat: Saxlanılanlar var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.