"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xarici diplomların tanınması üçün müddət azaldılacaq – Təhsil Nazirliyi

19 Dekabr 2018 - 18:55
in CƏMİYYƏT, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma (hazırda 4 aydan az olmayan müddətə) çatdırılması üçün işlər görülür. Təbii ki, bu da tələb olunan sənədlərin düzgün şəkildə təqdim edildiyi halda ola bilər ki, biz əlavə vaxt itirməyək”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli deyib.
Onun sözlərinə görə, Bakıda yerləşən bəzi xarici ölkə universitetlərinin filiallarında təhsilini bitirənlərin sənədlərinin tanınması prosesi daha rahatdır: “Çünki həmin universitetlərin proqramları və təşkilati strukturları və s. barədə bizdə məlumat var. Eyni zamanda, məzunların siyahısı rəsmi şəkildə bizə təqdim olunur. Bunlar olduqda digər sübuta və ekspertizaya ehtiyac qalmır. Ona görə də müddət minimala düşür”.
H.Həsənli vurğulayıb ki, xaricdə təhsil alınlar ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı daxil müraciətlər arasında az sayda problemlər müşahidə olunur: “Çalışırıq ki, bunu da vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Təcrübə onu göstərir ki, bu kimi ixtisaslar adətən iqtisadi sahədə özünü göstərir. Nadir hallarda ixtisasın ekvivalentliyini tapmayanda diplom tanınmır. Müraciətlər nəticəsində diplomlar üçün olan imtina halları daha çox humanitar sahə üzrə təhsil alanlarda olur”.
O xatırladıb ki, saxta təhsil sənədi verənlər insanlar arasında “diplom fabriki” kimi tanınır: “Bu kimi yerlər müxtəlif ölkələrdə mövcuddur. Onları yenidən təkrarlamaq bizi əsas problemdən yayındırır. Çünki akkreditasiyası olmayan universitetlər imtinalar arasında olsa da çoxluq təşkil etmir. Böyük əksəriyyət akkreditasiyası olan və rəsmi diplom verən universitetlərdir. Əgər kimsə ölkəni tərk etmədən xaricdən əyani təhsillə bağlı diplom alıbsa, bax bu problemdir. Elektron sistemdə sənəd qəbulu elə formalaşdırılıb ki, saxta diplomlara demək olar ki, rast gəlinmir. Aposteldə saxtalaşdırılmış diplomlar olması faktı nadir hallarda olur. Bu il üçün cəmi 10-a yaxın belə fakt qeydə alınıb”.
Müraciətlər arasında bakalavr səviyyəsi üzrə təhsil sənədlərinin tanınması üstünlük təşkil edildiyini deyən nazirlik rəsmisi əlavə edib ki, idarəyə hər hansı qurum rəhbərliyi tərəfindən çox sayda müraciət də daxil olur ki, onlarda kimsə 10 ilə yaxındır işləyir və diplomu problemlidir: “Bəli, biz rəy veririk ki, diplom tanınmamalıdır. Həmin şəxsin işində qalıb-qalmaması artıq rəhbərliyin qərarıdır. Amma təbii ki, dövlət qurumlarında bu, mümkün deyil, çünki onlar işə qəbul zamanı imtahan və ya hər hansı mərhələdən keçirlər. Bu zaman da mütləq şəkildə diplom tələb olunur. Müraciətçilərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyədə təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirildi – FOTO

Next Post

Cəlilabadda 32 yaşlı qadın baldızları tərəfindən döyülüb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
Cəlilabadda 32 yaşlı qadın baldızları tərəfindən döyülüb

Cəlilabadda 32 yaşlı qadın baldızları tərəfindən döyülüb

Putin ağır xəstəlikdən əziyyət çəkən uşağın arzusunu yerinə yetirəcək

Putin ağır xəstəlikdən əziyyət çəkən uşağın arzusunu yerinə yetirəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.