"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda i̇li̇n ən dəhşətli̇ qətlləri̇ – si̇yahı

24 Dekabr 2018 - 17:26
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda 2018-ci ildə dəhşətli qətl hadisələri baş verib. İl ərzində kifayət qədər tükürpədici cinayət hadisələrinin qeydə alınması cəmiyyətin aqressivləşməsinin göstəricisidir. Müşahidələr zamanı hadisələrin əksəriyyətinin namus üstündə baş verdiyi məlum olsa da, bəzi qətllərin baş vermə səbəbi hələ də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır. Bəzi ağır cinayətlərin üstü açılsa da, bəzilərinin səbəbləri hələ də müəmmalı olaraq qalır.

Elchi.az A24.az-a istinadən 2018-ci il ərzində Azərbaycanda baş verən ən dəhşətli kriminal hadisələrin qısa siyahısını təqdim edir:

Gənc xanəndələrin dəhşətli ölümü – Bu ilin yay aylarında Bərdə rayonunda gənc xanəndələr olan Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzasında dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Daha sonra isə onlardan birin intihar etdiyi bildirilsə də, istintaq yekunu olaraq hadisənin əsl motivləri üzə çıxıb. Belə ki, Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub. Qəzaya düşən “Mercedes” markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Avtomobilin sahibi N.Hüseynovun meyiti isə Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib. M.Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Xanəndə Novruz Hüseynovun 1987-ci il təvəllüdlü qardaşı Hüseynov Elçin Məmməd oğlu cinayəti bilib gizlətdiyi üçün saxlanılıb. Sonradan hadisənin təfərrüatları da məlum olub. Belə ki, iyulun 31-də M.Mirizadə xanəndə həmkarı Novruz Hüseynovun evinə qonaq gedib.

Xanəndələr

Ağcabədi rayonu Qiyamadinli kəndi ərazisində fermada yaşayan Hüseynovlar ailəsi hava isti olduğuna görə qonağa yatmaq üçün həyətdə yataq açıblar. Hər iki dost gecə taxtın üzərində yatıblar. Səhərə yaxın N.Hüseynov yatılı vəziyyətdə olan dostu Miryusif Mirizadəyə mətbəx bıçağı ilə çox saylı zərbələr endirib. Çöldə səs küyün gəldiyini eşidən Novruzun qardaşı Elçin həyətə çıxdıqda hər tərəfin qan içində olduğunu və Miryusifiin öldüyünü görüb. Bundan bir neçə dəqiqə sonra anası çölə çıxsa da bildirilib ki, Miryusifin ürəyi pis olub şəhərə dərman almağa gedirlər. Bundan sonra meyiti qardaşı ilə birlikdə avtomobilə qoyan Elçin qardaşını hadisə yerindən uzaqlaşdırsa da özü hadisə yerində qalaraq ərazidə təmizlik işləri apararaq qan izlərini yuyub. Bununla da hadisəni gizlətməyə çalışıb. Şahidlərin dindirilməsi zamanı məlum olub ki, həm M.Mirizadə, həm də N.Hüseynov narkotik maddə qəbul edirmişlər. Onlar hadisə baş verən gün Ağcabədi şəhərində dostları ilə birlikdə pivə içiblər. Hər iki dost daha sonra narkotik tərkibli “Spais” dərmanı qəbul ediblər. İlkin araşdırmalara görə, N.Hüseynov dostluq münasibətində olduğu Miryusifi öldürməsinə səbəb isə qısqanclıq olub. Belə ki, sənətdə ondan irəlidə olması və məclislərə daha çox dəvət olunması Novruzda qısqanclıq yaradıb.

Gəncədə polislərin qətli – 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirən polis əməkdaşları – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov öldürülüb. Polislər kəsici-deşici alətlərin zərbələri nəticəsində qətlə yetiriliblər.

Gəncədə öldürülən polislər

Cəlilabadda ana və qızının dəhşətli ölümü – Avqust ayında Cəlilabad rayonunda ana və qızı xüsusi amansızlıqla qətlə yetirilib. Rayonun Ocaqlı kəndində baş verən hadisə zamanı kənd sakini 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova həmkəndliləri, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tərəfindən qətlə yetiriliblər. Hadisədən bir neçə gün sonra Y.Bayramov Bakı şəhəri ərazisində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Etimad İsmayılovun öldürülməsi – Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, Azərbaycanlı jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, iş adamı Etimad İsmayılov Türkiyədə qətlə yetirilib. O, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Hadisə zamanı yaralanan iş adamı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. İlkin ehtimala görə, Gözəl Dəmirov adlı şəxslə arasında pul məsələsi olan E.İsmayılov qarşı tərəflə Floradakı ofisində görüşüb. Ofisdə onların arasında mübahisə düşüb. Mübahisə silahlı insidentə çevrilib. Dava zamanı G.Dəmirov E.İsmayilovu başından və ürəyindən vuraraq ağır yaralayıb, daha sonra isə hadisə yerindən qaçıb. Hadisəni törədən keçmiş polis rəisi, təqaüddə olan polkovnik Gözəl Dəmirov sentyabrın 19-dan 20-nə keçən gecə Beşiktaşda tutulub. E.İsmayılovun meyiti isə Bakıya gətirilərək Sabunçu rayonu, Nardaran qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Etimad İsmayılovƏmisinin gəlini ilə eşq yaşayan oğlanın ölümü – Quba rayonunda əmisinin gəlini ilə eşq yaşayan 26 yaşlı Elşad Əsədov xüsusi amansızlıqla öldürülüb. Belə ki, E. Həsənov əmisi oğlunun 25 yaşlı həyat yoldaşı, iki uşaq anası Aynur Əsədova ilə sevgili olub. Daha sonra sevgililər qoşularaq qaçıblar. E.Həsənov bir neçə gün sonra əmisi oğlanları tərəfindən tapılıb döyülərək öldürülüb.

Şabranda cınçıxaranların gənc oğlanı öldürməsi – Şabran rayonunda kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanov Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov tərəfindən cinçıxarma adı ilə xüsusi amansızlıqla öldürülüb. Onlar gənc oğlanı döyərək öldürüblər.
Azərbaycanda i̇li̇n ən dəhşətli̇ qətlləri̇ – si̇yahıAzərbaycanda i̇li̇n ən dəhşətli̇ qətlləri̇ – si̇yahıAzərbaycanda i̇li̇n ən dəhşətli̇ qətlləri̇ – si̇yahıAzərbaycanda i̇li̇n ən dəhşətli̇ qətlləri̇ – si̇yahıAzərbaycanda i̇li̇n ən dəhşətli̇ qətlləri̇ – si̇yahı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nikol Paşinyanın heykəlinin başını qopardılar

Next Post

Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.