"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda dolu daha çox BU RAYONLARA zərər vurur

07 Yanvar 2019 - 15:40
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda dolu hadisəsinin kənd təsərrüfatına və yaşayış məntəqələrinə vurduğu zərərlərə görə rayonlaşdırılması aparılıb.

Elchi.az xəbər verir ki, Tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, rayonlaşdırılma aparılarkən dolu hadisələrinin inzibati rayonların kənd təsərrüfatlarının ümumi məhsuldarlığına və yaşayış məntəqələrinə vurdğu ziyan əsas göstərici kimi götürülüb.

Onun sözlərinə görə, Azərbaycanda dolu hadisələrinin daha çox zərər vurduğu rayon Gədəbəy, Daşkəsən, Tovuz, Göygöl bölgələrinin ərazilərini əhatə edir. Rayonda əhalisi 178,1 min nəfər olan 278 yaşayış məntəqəsi və 54,6 min ha əkin sahəsi əsasən, may-iyul aylarında doluvurmaya məruz qalır. Tədqiqat nəticəsində doluvurmanın bu rayonun iqtisadiyyatına il əzində 6 milyon manatdan çox ziyan vurduğu müəyyən edilib.

N.Paşayev qeyd edib ki, dolu hadisələrinin çox zərər vurduğu rayon Ağstafa, Qazax, Şamaxı, İsmayıllı, Zaqatala, Balakən, Şəmkir bölgələrinin ərazilərini əhatə edir. Rayonda əhalisi 120 min nəfər olan 143 yaşayış məntəqəsi və 38,4 min ha əkin sahəsi yaz və yay aylarında doluvurmaya məruz qalır. Doluvurma hadisələri rayonun iqtisadiyyatına il əzində 2-6 milyon manat həcmində zərər vurur.

Dolu hadisələrinin orta dərəcədə zərər vurduğu rayona Mingəçevir, Gəncə və Şəki şəhərləri, Qax, Oğuz, Qəbələ, Naxçıvan MR (Kəngərli istisna olmaqla), Göyçay, Samux, Ağsu, Tərtər bölgələrinin dəniz səviyyəsindən 1000-1500 metr və daha yüksək sahələrində yerləşən, əhalisi 108 min nəfər olan 106 yaşayış məntəqəsinin ərazisi daxildir. Hər il doluvurma hadisələri rayonun iqtisadiyyatına 1-2 milyon manat həcmində zərər vurur.

Şöbə müdiri Trend-ə bildirib ki, dolu hadisələrinin az zərər vurduğu rayona Qobustan, Lənkəran, Xızı, Yardımlı, Lerik, Quba, Qusar, Kəngərli, Sədərək, Şabran bölgələrinin əraziləri daxildir. Doluvurma nəticəsində rayonun iqtisadiyyatına il əzində 0,5-1 milyon manat həcmində zərər dəyir.

Dolu hadisələrinin daha az zərər vurduğu rayona Aran (Mingəçevir, Göyçay istisna olmaqla) və Abşeron iqtisadi rayonları (Xızı bölgəsi istisna olmaqla), Astara, Xaçmaz, Siyəzən bölgələri daxildir. Hər il doluvurma nəticəsində rayonun iqtisadiyyatına 500 min manatdan az zərər dəyir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

Next Post

Sabaha olan hava proqnozu açıqlandı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Gürcüstanda 158 nəfər “donuz qripi”nə yoluxub

Gürcüstanda 158 nəfər “donuz qripi”nə yoluxub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.