"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar”

20 Yanvar 2019 - 12:47
in aktual-banner, Banner, Cebhe-banner, SİYASƏT

Qüdrət Həsənquliyev: “Əli Kərimli tələbəlik illərindən iqtidarların və müxtəlif xarici dairələrin xidmətində olub”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Ermənipərəst xarici dairələr qorxmağa başlayıblar ki, Azərbaycan Rusiya ilə yaxınlaşır və bundan istifadə edib Qarabağı işğaldan azad edə bilər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Şuranın son mitinqi ilə bağlı partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. BAXCP sədrinin müsahibəsini təqdim edirik:

– Qüdrət bəy, Milli Şuranın keçirdiyi son mitinq barədə fikirlərinizi bilmək maraqlı olardı…
– Öncə onu söyləyim ki, təkcə Milli Şura yox, həmçinin Müsavar Partiyası və Real həmin mitinqlə bağlı xalqa çağırış etmişdi. Düzdür Əli Kərimli növbəti dəfə öz həmkarlarına münasibətdə yüksək “mədəniyyət” nümayiş etdirərək mitinqə digər iki partiyanın da qoşulması səbəbindən əvvəlkilərə nisbətən daha çox adam toplanmasından vəcdə gəlib, sözün həqiqi mənasında qışqıraraq bəyan etdi ki, ora toplaşanları məhz o “qələbəyə aparacaq”. Yeri gəlmişkən, qeyd edim ki, bu adam elə düşünür ki, qışqırırsa daha emosional görünür və insanları həyəcanlandırır.
Mitinqin real olaraq hansı səbəbdən çağırılmasına gəldikdə isə deyə bilərəm ki, bundan öncə mitinq keçirilməsi ilə əlaqədar İskəndər Həmidovun liderliyi ilə yaradılan təşkilata və Musavat Partiyasına icazə verilmədiyi üçün AŞPA-da Azərbaycanla bağlı məsələnin müzakirəsi öncəsi bu daha çox iqtidara lazım idi.
Əli Kərimli tələbəlik illərindən iqtidarların və müxtəlif xarici dairələrin xidmətində olub. Mən istərdim ki, jurnalistlər onun 20 Yanvar qırğınından sonra Rəhim Qazıyevlə, Nemət Pənahovla birlikdə üzvü olduğu Müdafiə Komitəsinin vəsiqəsinin sovet ordusunun mətbu orqanı olan “Krasnaya Zvezda” qəzetində necə çap olunmasını və nədən həbs edilməməsini araşdırsın.Universitetdə onun və Cəmil Həsənlinin Ayaz Mütəllibovun silahdaşı, BDU-nun rektoru Mirabbas Qasımovun sadiq adamları olmasını hamı bilirdi. Təsadüfü deyildi ki, Mirabbas Qasımov Əli Kərimlini BDU-nun komsomol təşkilatının katibi təyin etmişdi. İqtidarın tapşırığı ilə AXCP-ni parçalaması da heç kimə sirr deyil. Onun Qənimət Zahidovu İrana və Rusiyaya göndərməsi də hər kəsə bəlli olan faktdır. ABŞ-ın Milli Demokratiya İnstitunun taşırığı ilə 2003-cü ilin prezident seçkilərində Etibar Məmmədovu müdafiə etməsinə də bu yaxınlarda ən sadiq tərəfdarlarından biri Qorxmaz Əsgərov aydınlıq gətirdi. ABŞ səfirinin tapşırığı ilə Ki Uest (Key West) şəhərində Qarabağla bağlı danışıqlar zamanı elan olunmuş mitinqin təxirə salmasını da hamı bilir. Onu hamı tanıyır, heç kim etibar etmir və hər kəs bacardığı formada istifadə edir. Bunları ona görə söyləyirəm ki, bəzi gənclər ola bilsin onu yaxşı tanımır. Onu yaxından tanıyanlar əvvəlkilər kimi xəyal qırıqlığına uğrayacaq. O tərəfdarlarını nəinki qələbəyə aparmayacaq, əksinə onlara yalnız məhrumiyyətlər yaşadacaq.
– Qüdrət bəy, müxalif düşərgənin bir qisminin birdən-birə belə canlanmasının səbləri nədir?
Canlanması yox, canlandırılması desəydiniz, daha çox yerinə düşərdi. İqtidarın daxilində iddialı insanlar var ki, islahatların dərinləşdirilməsi onların maraqlarına cavab vermir və onlar hərəkətə gəlib Prezidenti və islahat tərəfdarlarını gözdən salmağa çalışırlar. Düşünürlər ki, 1993-cü ildəki kimi siyasi böhran yaranarsa hakimiyyəti ələ keçirə bilərlər.
İkincisi, ermənipərəst xarici dairələr qorxmağa başlayıblar ki, Azərbaycan Rusiya ilə yaxınlaşır və bundan istifadə edib Qarabağı işğaldan azad edə bilər. Ona görə də iqtidara təzyiq etmək, paralel olaraq Zaxarova kimilərin əli ilə Rusiya-Azərbaycan əlaqələrinə ziyan vurmaq istəyirlər. Amma bütün bunlar mənasızdır və onlar heç nəyə nail ola bilməyəcəklər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar” – Qüdrət Həsənquliyev

Next Post

Əsas bəla və ya demokratik defisit

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Next Post
Əsas bəla və ya demokratik defisit

Əsas bəla və ya demokratik defisit

İlin ilk Ay tutulması başlayıb

İlin ilk Ay tutulması başlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.