Venesuelada etirazlar zamanı həbs edilənlərin sayı 218 nəfərə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu “Foro Penal” hüquq müdafiəsi təşkilatının məlumatları göstərir.
Məlumata görə, yanvarın 21-də 9, ayın 22-də 34, bir gün sonra isə 175nəfər həbs olunub.
Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.





