"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda autizmli uşaqların sayı artır

25 Yanvar 2019 - 17:59
in CƏMİYYƏT

Autizm – ağır psixiki xəstəlikdir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Belə xəstəliklə doğulmuş uşaq ailəsi üçün çətin bir sınaqdır. Son illər ölkəmizdə autizmli uşaqların sayı artır. Lakin ölkədə autizmli övladları olan ailələrə yardımın göstərilməsi ilə bağlı nə hər hansı qanun, nə də Dövlət proqramı var.

Milli Məclisin deputatı Qənirə Paşayeva ötən gün parlamentdə etdiyi çıxışda, autizmin son zamanlar təhlükəli forma aldığını və autizmli uşaqların sayının ildən-ilə artdığını vurğulayıb.

Deputatın sözlərinə görə, ona və digər deputatlara az qala hər gün autizmli uşaqlar böyüdən ailələrdən çoxsaylı müraciətlər daxil olur.

“Valideynləri uşaqlarının səhhəti ciddi şəkildə narahat edir. Bu, adi bir xəstəlik deyil, böyük dərddir. Ona görə də hesab edirəm ki, bu xəstəliklə bağlı yenin qanunvericiliyin hazırlanmasına, həmçinin, bu məsələ ilə əlaqədar ictimai dinləmələr keçirməyə ehtiyac var”, – deyə Q.Paşayeva bildirib.

Həkim-nevroloq Hüseyn Sultanov hesab edir ki, Azərbaycanda autizmin öyrənilməsi və müalicəsi ilə bağlı dövlət proqramı qəbul olunsa, ilk növbədə bu sahəni bilən mütəxəssislərin yetişdirilməsi lazım gələcək. Bu isə ən azından 2-3 il vaxt aparacaq.

“Təəssüflər olsun ki, bu gün Azərbaycanda işləyən psixonevroloqlar autizm problemi ilə elə də yaxşı tanış deyillər. Ona görə də tibbin bu sahəsində yeni savadlı kadrlara ehtiyac var

Azərbaycanda autizmdən əziyyət çəkən insanların statistikasına gəlincə, bu istiqamətdə hər hansı tədqiqat işi aparılmayıb, ona görə hər hansı konkret rəqəmlər söyləyə bilmərik. Misal olaraq onu deyə bilərəm ki, ABŞ və Cənubi Koreyada hər əllinci uşaq bu diaqnozla doğulur.

Təəssüflər olsun ki, belə uşaqlar bizdə də az deyil. Ancaq autizmin hiperdiaqnostika hallarına da rast gəlmək olur (Bu və ya digər xəstəliyin mövcudluğu haqqında səhv tibbi rəy). Yəni uşağa yanlış diaqnoz qoyurlar və valideynlər qızı və ya oğluna qoyulmuş bu diaqnozu təkzib edən bir həkim ortaya çıxana kimi uzun illər bu “damğa” ilə yaşamalı olurlar”, – deyə Q.Sultanov bildirib.

Onun sözlərinə görə, bir vacib məqamı hafizəyə həkk etmək lazımdır: autizm deyilən xəstəlik yoxdur.

“Autizm – əslində, müxtəlif pozuntularının məcmu adıdır. Oxşar simptomları olan çoxsaylı autistik pozuntular və xəstəliklər var ki, onları biz ümumiləşdirib autizm kimi qələmə veririk., Belə oxşar xəstəliklər onlarladır, bu xəstəlikləri ayırd edə bilən həkimlər isə faktiki olaraq yoxdur.

Autizmlə əlaqələndirilən səbəblər barədə danışırıqsa, bilməliyik ki, belə bir xəstəlik yoxdur. Epigenetik autizm və genetik auitizm var. Sonuncu gendə baş verən mutasiyalarla əlaqəlidir.

Bəziləri autizmi vaksinasiya ilə əlaqələndirir, ancaq bu qeyri-peşəkar yanaşmadır. Bundan savayı, vaksinasiyanın müsbət və mənfi göstəriciləri var. Onları mütləq nəzərə almaq lazımdır. Lakin vaksinasiyanın vacibliyinə də etinasız yanaşmaq düzgün deyil. Məsələn, peyvənd olunmamış uşaq poliomielitdən sağ qalsa belə, ömrünün axırına kimi şikəst olur. Məhz buna görə vaksinasiya haqqında danışan zaman və onu autizmlə əlaqələndirən zaman diqqətli olmaq lazımdır.

Autizmə səbəb olan faktorlardan asılı olaraq, müvafiq müalicə təyin olunur. Patogenik, simptomatik və reabilitasiya müalicəsi mövcuddur. Bu dörd müalicə metodlarından hər biri uşağa qoyulmuş diaqnoz əsasında istifadə olunur”, – deyə Q.Sultanov bildirib.

Övladı autizmdən əziyyət çəkən Ülkər Nəzirova da o fikirdədir ki, autizmdən əziyyət çəkən uşaqlarla bağlı qanun və ya dövlət proqramı mütləq qəbul olunmalıdır.

Onun sözlərinə görə, bu gün dövlət autizmdən əziyyət çəkən uşağa 20 manat yol pulu, 80 manat əlillik təqaüdü ödəyir.

“Bu 100 manatla, əlbəttə ki, dolanmaq mümkün deyil. Üstəlik, bir çox qadınlar belə uşağın doğulmasından sonra işdən çıxmağa məcbur olur. Ona görə də müavinətlər daha yüksək olmalıdır”.

Autizmdən əziyyət çəkən övladı olan ailələr uşağın müalicəsinə daha çox pul xərcləyir. Təkcə bir həkim qəbulu 80 manata başa gəlir, hələ bahalı dərmanları demirəm. Dövlətin bu problemə müdaxilə etməsini gözləyirik”, – deyə Nəzirova fikrini tamamlayıb.(media.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Donald Trampın sabiq müşaviri həbs olunub

Next Post

Bakı-Sumqayıt elektrik qatarında gediş haqları artırılır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bakı-Sumqayıt elektrik qatarında gediş haqları artırılır

Bakı-Sumqayıt elektrik qatarında gediş haqları artırılır

2068-ci ildə asteroid Yerlə toqquşacaq

2068-ci ildə asteroid Yerlə toqquşacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.