"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda 55 nəfər qızılcaya yoluxub, əhaliyə pulsuz vaksin vurulacaq

31 Yanvar 2019 - 16:32
in CƏMİYYƏT, MANŞET

“Ötən il noyabr ayının sonlarından Azərbaycanda qızılcaya yoluxma halları qeydə alınmağa başlayıb və hazırda xəstəlik hallarının qeydiyyatı davam edir. Ümumilikdə, dekabr ayı ərzində 55 yoluxma hadisəsi təsdiq olunub”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyevadeyib.

Onun sözlərinə görə, xəstəlik halları, əsasən, 20-40 yaşlı və vaxtilə peyvənd olunmamış vətəndaşlar arasında baş verir: “Bu hal uşaqlar arasında çox az sayda qeydə alınıb. Xəstəliyin böyük hissəsi, yəni 90-93%-i Bakının payına düşür. Əslində, araşdırdıqda yoluxan insanların peyvənd olunmadığı ortaya çıxır. Yəni vaxtilə peyvənd etdirməyiblər”.

A.Əliyeva bildirib ki, ölkədə uşaqların qızılca və məxmərək əleyhinə peyvənd olunması üçün kifayət qədər vaksin var: “Təqvimə uyğun olaraq, həmin peyvəndlər uşaqlara vurulur. Müxtəlif səbəblərdən indiyə qədər peyvənd vurulmayan əhalinin yaşlı təbəqəsinin vaksinasiyası üçün əlavə tədbirlər görüləcək. Nazirlik bu məqsədlə 160 min vaksin alınmasını sifariş verib. Həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır və vaksinlər vətəndaşlara poliklinikalarda pulsuz vurulacaq. Bu vaksinlər Hindistan istehsalıdır və olduqca təhlükəsizdir”.

Nazirlik rəsmisi vurğulayıb ki, Azərbaycanda 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmamışdı: “Ancaq qonşu ölkələrdə qızılca xəstəliyi geniş yayılıb və Azərbaycana da keçib. Hətta Səhiyyə Nazirliyi tərəfindən bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb. Hazırda ölkədə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir və bu günə kimi də heç bir ölüm faktı qeydə alınmayıb”.

A.Əliyeva qızılcaya yoluxan insanların bir müddət, yəni, təxminən, bir-iki ay keçdikdən sonra peyvənd olunmağını məsləhət görüb: “Bu peyvənd (GPM) uşaqlar üçündür. Çünki qızılca keçirdikdən sonra qazanılmış immunitet yaranır. Lakin peyvəndin tərkibində məxmərək və parasit əleyhinə təsiredici maddə olduğundan insanların, heç olmasa, sonradan bu iki infeksiyaya yoluxmaması üçün vaksin olunması məsləhətdir. Ümumiyyətlə, qızılca xəstəliyinə yoluxan insanın inkubasiya dövrü var. Bu da, təxminən, 21 gün çəkir. Əgər həmin şəxs kimdənsə bu xəstəliyə yoluxubsa, 10-14 gündən sonra onda kliniki əlamətlər başlayır. Bundan sonra 5 günlük müddətdə xəstəliyin əlamətləri müşahidə olunur. Bu zaman temperaturun artması, öskürək və ağızın selikli qişalarında ağ nöqtələrin yaranması müşahidə edilir. Sonrakı mərhələdə isə səpkilər (4-5 gün çəkir) başlayır. Səpkilər də başdan başlayır və ayağın altına qədər yayıla bilər. Ona görə də belə xəstələr başqasını yoluxdurmaması üçün insanlardan təcrid edilməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib

Next Post

ÜST: Azərbaycanda donuz qripi var – Nazirlikdən cavab

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
ÜST: Azərbaycanda donuz qripi var – Nazirlikdən cavab

ÜST: Azərbaycanda donuz qripi var – Nazirlikdən cavab

Fevral ayına olan hava proqnozu açıqlanıb

Fevral ayına olan hava proqnozu açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.