"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bina köhnə və yararsız idi” – Narkoloji Mərkəzin həbsdə olan direktoru

31 Yanvar 2019 - 18:22
in CƏMİYYƏT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – mərkəzin direktoru Telman Məmmədhəsənov, işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi – şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Report”un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə T.Məmmədhəsənov sərbəst ifadə verib.

O, 2011-ci ildə yaradılan mərkəzə rəhbər təyin edildiyini söyləyib.

T.Məmmədhəsənov ona qarşı elan olunmuş ittihamlarla razılaşmadığını, heç bir xəstənin mərkəzdəki müalicəsinin qeyri-qanuni olaraq uzadılmadığını bildirib:“Cinayət işində qeyd edilib ki, guya təqsirləndirilən Məhəmməd Məmmədovun müalicəsi məcburi aparılıb, onu mərkəzdə saxlamışıq, müddəti uzatmışıq. Orada xəstənin qəbulu, onun müalicəsinə nəzarət mənim işim deyildi. Mərkəzdə təlimat var və orada hər kəsin vəzifəsi qeyd edilib. Əgər hər hansı bir xəstə qeyri-qanuni mərkəzə qəbul edilibsə, bunu edənlər cəzalandırılmalıdır. Axı mən hər gün onların yanında olmurdum. Mənə məruzə olunan, özümün bildiyim bütün problemləri həll etmişəm. Xəstələr məhkəmə qərarı ilə məcburi müalicəyə göndəriliblər. Onların müalicələri başa çatanda da könüllü olaraq çıxıb gediblər. Mənim bu işdən necə xəbərim olub ki, heç Məhəmmədin ailəsini belə tanımıram. Məhəmmədi ailəsinin məcburi mərkəzə gətirdiyi, bəzi şəxslərlə əlbir olduğu yazılıb. Mən onları tanımıramsa, necə əlbir olmaqdan söhbət gedə bilər? O zaman özümü günahkar bilərdim ki, mərkəzdə bütün ştatlar ləğv edilsin və bütün işləri mən görüm. Xəstəyə iynəni də mən vurum, müalicəni də mən aparım və sair”.

Onun sözlərinə görə, yeni mərkəzin inşa edilməsi üçün özü müraciət edib: “Mərkəzə ayrılan bir iynə belə kənara gedə bilməzdi. Hər şey xəstəyə verilirdi”.

T.Məmmədhəsənov deyib ki, yanğın hadisəsi bilərəkdən törədilən cinayətdir: “İttihamda da göstərilib ki, bu hadisə bir nəfər tərəfindən bilərəkdən törədilib. Belə olan halda, bilərəkdən törədilən cinayətə görə mən niyə məsuliyyət daşımalıyam? Əgər yanğın təhlükəsizliyi ilə bağlı səhlənkarlıq edilsəydi belə həmin yanğından xilas olmaq mümkün deyildi. Çünkü bina köhnə və yararsız idi. Oranın 3 çıxış qapısı olub. Mən gələndə həmin yerə baxış keçirilib, hər 3 qapıya da qıfıl vurulub və növbətçi həkimə verilib. Hər dəfə də növbə dəyişəndə açar götürülüb. Ərazidə su çənimiz də olub”.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonhu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“16 nəfərin “donuz qripi”nə yoluxması barədə məlumat yalandır” – Nazirlik

Next Post

Azərbaycanda qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycanda qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycanda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Gürcüstanda daha bir nəfər qripdən öldü

Gürcüstanda daha bir nəfər qripdən öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.