"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakının Nobel prospekti 20-25 günlük tam bağlanacaq

05 Fevral 2019 - 18:37
in CƏMİYYƏT

 Bakı şəhərində yaranan tullantı sularının 30%-dən çoxunu kənarlaşdıran Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

“Xatırladaq ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarsını almaq məqsədilə “Azərsu” təxirəsalınmaz tədbirlər görüb, bu sahədə ixtisaslaşmış “Penetron-Azərbaycan” şirkəti şaxtanı daxildən xüsusi materiallarla izolyasiyası edərək buraya daxil olan qrunt sularının qarşısını tam alıb.

Bununla paralel olaraq çökmənin səbəbinin araşdırılması, kollektorun və texnoloji şaxtanın texniki vəziyyətinin kompleks qiymətləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Sukanal Elmi Tədqiqat Layihə İnstitutunun, eləcə də bu sahədə ixtisaslaşmış Evrascon Korporasiyasının və Geotek şirkətinin mütəxəssisləri cəlb edilib.

Hidrotexniki qurğuların texniki vəziyyətinin öyrənilməsilə yanaşı, ərazidə kompleks geofiziki və geoloji tədqiqat işləri də aparılıb. Mürrəkkəb geoloji şəraitə malik ərazidə su ilə doymuş və axıcılıq xüsusiyyətinə malik qruntların hidrotexniki qurğulara və yol infrastrukturuna real təhlükə yaratdığı məlum olub.

Sahil kollektorunun 1980-ci illərdən istismar edildiyini və qeyd edilən riskləri nəzərə alaraq ərazidə axıcılıq xüsusiyyətlərə malik qruntların hərəkətinin məhdudlaşdırılması və qrunt-bərkitmə işlərinin aparılmasına qərar verilib. Bu işlərin görülməsi məqsədi ilə ixtisaslaşmış təşkilatlar tərəfindən layihə sənədləri hazırlanır və mobilizasiya işlərinə hazırlıq görülür.

Qrunt-bərkitmə işləri zamanı dərinliyi 20-25 m olan quyular qazılaraq yüksək təzyiqlə sement məhlulu torpağın alt qatına inyeksiya ediləcəkdir. İnyeksiya işləri 11 saylı şaxtanın hər iki istiqamətində aparılacaq.

İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır. Aidiyyəti dövlət qurumlarının razılığı əsasında tikinti işlərinə yaxın günlərdə başlanılması nəzərdə tutulur.

Prospektdə hərəkət məhdudlaşdırılması zamanı paralel olaraq Sahil kollektorunun yaxınlıqda yerləşən texnolji şaxtalarında da kompleks tədqiqat işləri aparılacaq.

Əhalinin və infrastrukturun təhlükəsizliyi məqsədilə görülən işlər zamanı yaranacaq narahatlığa görə əvvəlcədən üzr istəyirik”, – deyə məlumatda qeyd olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanın bir sıra saytları Rusiyada bloklandı

Next Post

ÜST: Ötən il dünyada 10 milyona yaxın insan xərçəngdən ölüb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
ÜST: Ötən il dünyada 10 milyona yaxın insan xərçəngdən ölüb

ÜST: Ötən il dünyada 10 milyona yaxın insan xərçəngdən ölüb

Azərbaycanda 6 bal gücündə zəlzələ olub – RƏSMİ

Azərbaycanda 6 bal gücündə zəlzələ olub - RƏSMİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.