"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yeganə” şadlıq sarayının rəhbərinə qarşı 52500 manatlıq dələduzluq edilib

08 Fevral 2019 - 17:22
in CƏMİYYƏT

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Report”un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Elan olunmuş ittiham üzrə E.Babayev özünü təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində törətdiyi əməli etiraf edib.

Məhkəmənin növbəti iclası gələn həftə keçiriləcək.

İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxardacağı vədi verib.

E.Babayev iş adamına bildirib ki, qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacaq. Həmçinin o, Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov vasitəsi ilə işi A.Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edib. E.Babayev 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın R.Rəhimovun deyil, onların sürücüsünün adına rəsmiləşdirilməsini həll edəcəyinə söz verib. Lakin o verdiyi vədə əməl etməyib.

Qəza hadisəsi ictimailəşdiriləndən sonra müstəntiq V.Abbasov işdən çıxarılıb.

Məlumata görə, A.Rəhimov sahibi olduğu “Yeganə” şadlıq sarayında E.Babayevlə görüşüb. E.Babayev restoranda onunla danışdıqdan sonra 52500 manat pulu alması ilə bağlı müqaviləyə də imza atıb.

A.Rəhimov elə şadlıq sarayında hüquq-mühafizə orqanlarının əməkdaşlarını dəvət edərək E.Babayevdən şikayətçi olub.

E.Babayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb, barəsində küllü miqdarda dələduzluq və külli miqdarda rüşvət alma maddəsi ilə ittiham edilib.

Məlum olub ki, o, A.Rəhimvdan başqa, Elvar Xəlilovaya da qarşı dələduzluq əməli törədib.

Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Pirallahıda yüksək keyfiyyətli dərman preparatlarının istehsalı planlaşdırılır

Next Post

Biznesmenin oğlu iki uşaq anasını öldürdü – Atası qanı batırmaq üçün…

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Biznesmenin oğlu iki uşaq anasını öldürdü – Atası qanı batırmaq üçün…

Biznesmenin oğlu iki uşaq anasını öldürdü – Atası qanı batırmaq üçün…

İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən 29 ev kəskin qəzalı vəziyyətə düşüb

İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən 29 ev kəskin qəzalı vəziyyətə düşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.