“Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, azərbaycanlı iş adamını güllələyərək öldürən şəxs qismində saxlanılan Belarus Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Tarasau Ruslandır.
O, saxlanıldığı Arxanegls şəhəri Plesetsk rayonu polisinə günahını etiraf edib. Azərbaycanlı iş adamının rayon ərazisindəki torpaq bölgüsü üstündə yaranan mübahisəyə görə sifariş əsasında öldürüldüyü etiraf olunsa da sifarişçinin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.
Qeyd edək ki, yanvarın 31-də gecə saatlarında Ruslan Hüseynov aldığı beş güllə yarasından yerindəcə həyatını itirib. Onun nəşi Azərbaycana gətirlərək doğulduğu rayonda dəfn olunub.

Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




